AZ | RU | EN

Səttar Mehbalıyev Misir Ərəb Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətini qəbul etmişdir

19 Apr 2013

 

AHİK sədri qonaqları salamladıqdan sonra onlara Azərbaycan səhiyyəsində aparılan islahatlar barədə məlumat vermişdir. Demişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən səhiyyədə quruculuq işləri geniş vüsət almışdır. Paytaxtımızda, bölgələrdə onlarla yeni, hər cür şəraitə malik tibb ocaqları tikilmişdir. Xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri ən müasir tibb avadanlıqları ilə təchiz olunmuşdur. Ölkə rəhbərliyi yeni avadanlıqlarla işləməyi bacaran kadrların hazırlığına da ciddi qayğı ilə yanaşmışdır.

Aparılan islahatlar son iki-üç ildə öz bəhrəsini verməyə başlamışdır. Artıq uşaq ölümü azalmağa doğru gedir.

Əvvəllər xarici ölkə mütəxəssislərinə etibar edilən bir çox ağır cərrahiyyə əməliyyatları artıq öz həkimlərimiz tərəfindən uğurla həyata keçirilir.

S.Mehbalıyev tibb personalının sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlətimizin reallaşdırdığı və nəzərdə tutduğu proqramlardan da danışdı.

Bu işdə həmkarlar ittifaqlarının fəal mövqe tutduğunu qonağın diqqətinə çatdırmışdır.

19.04.13.1 19.04.13.2

Nümayəndə heyətinin başçısı Essam Eldin Mohammed Abdelhasib qəbula görə AHİK sədrinə təşəkkürünü bildirmişdir. Demişdir ki, biz həm Bakıda, həm də bölgələrdə bir neçə səhiyyə müəssisəsində olduq. Çox xoşumuza gəldi. İnanırıq ki, gələcəkdə biz də Misirdə belə müasir xəstəxanalar qurub xalqımızın ixtiyarına verməyə nail olacağıq.

Misirli qonaq çıxışının sonunda Azərbaycan xalqına daha firavan günlər və xoşbəxtlik arzulamışdır.

Qəbulda Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyev də iştirak etmişdir.

FAYDALI KEÇİDLƏR