AZ | RU | EN

Səttar Mehbalıyev Binəqədidəki yaşayış binasında baş vermiş yanğında xəsarət alan yaralılara baş çəkdi

23 May 2015

23.05.15.2Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Binəqədi rayonunun ərazisində yerləşən yaşayış binasındakı yanğın nəticəsində xəsarət alan yaralılara baş çəkib.

Yaralıların müalicə aldığı Kliniki Tibbi Mərkəzin həkimləri onların hər birinin vəziyyəti barədə məlumat veriblər. S.Mehbalıyev  yaralılarla söhbətində Həmkarlar İttifaqlarının yanğın nəticəsində xəsarət alanlara hər cür yardım göstərməyə, maddi və mənəvi dayaq olmağa hazır olduğunu bildirib. Onların sağalıb xəstəxanadan çıxandan sonra sağlamlıqlarını bərpa etmək üçün Həmkarlar İttifaqlarının sanatoriya-kurort müəssisələrinə, sağlamlıq ocaqlarına  pulsuz yollayışla təmin ediləcəklərini, istəklərinə uyğun olaraq respublikanın Nabran, Zağatala, Lerik, İsmayıllı, Qəbələ, Quba və digər səfalı guşələrində ailəvi istirahətlərinin təşkil olunacağını,xarici ölkələrin müalicə mərkəzlərinə göndəriləcəklərini  nəzərə çatdırdı. Xəstəxanada müalicə alan yaralılar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.

23.05.15.4 23.05.15

Daha sonra AHİK sədri və Konfederasiyanın əməkdaşları yanğının baş verdiyi məkana gedərək faciə nəticəsində həyatlarını itirmiş bina sakinlərinin xatirəsini yad etdilər və hadisə yerinə gül dəstələri düzdülər.

 

FAYDALI KEÇİDLƏR