AZ | RU | EN

Səttar Mehbalıyev Pan Avropa Regional Şurasının iclasında iştirak etdi

16 Feb 2016

2016-cı il fevralın 16-da Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Belçikanın paytaxtı Brüssel şəhərindəki mənzil-qərargahında Pan Avropa Regional Şurasının (PARŞ) yeni seçilmiş rəhbərliyinin ilk iclası keçirilib.

AHİK-in sədri, BHİK-in vitse-prezidenti və PARŞ-ın yeni seçilmiş vitse-prezidenti Səttar Mehbalıyev məruzə ilə çıxış edib.
S.Mehbalıyev öz məruzəsində Ran Avropa Regional Şurasının fəaliyyətindən danışaraq deyib ki, yarandığı dövrdən bəri bu qurum BHİK-in regiondakı üzv təşkilatlarına, postsovet məkanının həmkarlar ittifaqları mərkəzlərinə hər cür dəstək göstərib. Birgə keçirilən beynəlxalq konfranslar, seminarlar, treninqlər həmkarlar ittifaqı kadrları və fəalları üçün əsil məktəb olubdur. S.Mehbalıyev daha sonra bildirib ki, PARŞ-ın növbəti mərhələdə fəaliyyətinə gəlincə, bu sahədə irəli sürəcəyimiz təkliflərə 3 mövqedən yanaşmaq istərdik: birincisi, Pan Avropa Regional Şurasının Beynəlxalq Əmək Təşkilatı (BƏT), Avropa sosial institutları, Avropa Şurası, Avropa İttifaqı və digər qurumlarla qarşılıqlı fəaliyyəti, ikincisi, PARŞ-ın üzv təşkilatlarla birgə əsas funksiyalarının təşkili və həyata keçirilməsi,  üçüncüsü, nəzərdə tutulan tədbirlərin keçirilməsində və müvafiq qərarlar qəbul edilməsində üzv təşkilatların tələblərinin və maraqlarının nəzərə alınması.
AHİK sədri məruzəsinə davam edərək vuğulayıb ki, Pan Avropa Regional Şurası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətlərini rəhbər tutaraq  aşağıdakı problemləri öz işində prioritet saymalıdır, yəni Beynəlxalq Əmək Təşkilatının Konvensiyalarının ratifikasiyasını, tətbiqini, realizə olunmasını diqqət mərkəzində saxlamalı, BƏT qurumları ilə əlaqələri genişləndirməli, miqrasiya problemlərinin həllinin ədalətli prinsiplərini müəyyən etməli, regional problemlər üzrə razılaşdaşdırılmış Proqramlar hazırlamalı, PARŞ-ın konfliktli ölkələr üzrə prinsipial mövqeyini müəyyən etməli, Avropa İttifaqı və Avropa Şurası ilə əlaqələr yaratmalı və onlarla birgə fəaliyyətin gələcək istiqamətlərini müəyyən etməli, gənclərin məşğulluğu ilə, onlar üçün layiqli iş yerləri yaratmaq, təhsili və maarifləndirilməsi ilə bağlı tədbirlər həyata keçirmək, qaçqınların bütün dünyanı narahat edən sosial-iqtisadi hüquqlarının müdafiəsinə diqqət yetirmək, gənc həmkarlar ittifaqı liderlərinin hazırlanması, gender bərabərliyinin təmin edilməsi məsələlərini daim diqqətdə saxlamaq, bu problemlər üzrə ekspertlər hazırlanması və onlardan istifadə sisteminin tətbiq edilməsi, transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması məqsədilə onlarla iş aparılması, 2016-2020-ci illərdə nəzərdə tutulmuş Proqramların həyata keçirilməsində Pan Avropa Regional Şurasının üzv təşkilatlarının təkliflərinin nəzərə alınması və s. problemlər prioritet sayılmalıdır.
Qurumun iclası bu gün öz işinə yekun vuracaqdır.

FAYDALI KEÇİDLƏR