AZ | RU | EN

Üzv təşkilatlar

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin
Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsi
 
 
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri Həmkarlar İttifaqı 1920-ci ilin avqustunda yaradılmışdır. 1993-cü ildən sahə həmkarlar ittifaqı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Həmkarlar ittifaqı respublika komitəsi 22000 həmkarlar ittifaqı üzvü olan 235 həmkarlar ittifaqı təşkilatını özündə birləşdirir. Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublikası həmkarlar ittifaqı komitəsindən, 3 şəhər – Gəncə, Sumqayıt, Mingəçevir və 231 ilk həmkarlar ittifaqı komitələrindən ibarətdir.
Həmkarlar ittifaqı işıq, istilik, yaşıllığa qulluq, sanitar təmizlik, abadlıq və digər xidmət sahələrini əhatə edir.
Sahə həmkarlar ittifaqının ali orqanı-qurultaydır. Sonuncu  Qurultay 2012-ci ilin iyun ayında keçirilmişdir. Qurultaylararası dövrdə həmkarlar ittifaqının rəhbər orqanı Məclisdir. Məclis Qurultay tərəfindən seçilir və ya hər bir həmkarlar ittifaqı təşkilatının birbaşa bərabər nümayəndəliyi ilə formalaşdırılır. Məclislərarası dövrdə həmkarlar ittifaqının fəaliyyətinə Rəyasət Heyəti rəhbərlik edir.
Sahə həmkarlar ittifaqı 1997-ci ildən Beynəlxalq Xidmət İşçiləri Konfederasiyasının (PSİ) üzvüdür. Eyni zamanda Türkiyə, Özbəkistan, Gürcüstan, Rusiya, Belarus, Ukrayna kimi ölkələrin sahə həmkarlar ittifaqları ilə ikitərəfli müqavilələr bağlanmışdır.

FAYDALI KEÇİDLƏR