AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri
 Hİ Respublika Komitəsinin sədri

Salmanov Məhəmmədəli Məhəmməd oğlu 


1951-ci ildə anadan olub. 
Ali təhsillidir. 1967-1972-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda inşaat fakultəsində  təhsil almışdır. İnstitutu bitirdikdən sonra 1972-ci ildən 1986-cı ilədək Azərbaycan Respublikası Tikinti Quraşdırma Nazirliyinin Azsantexquraşdırma Trestinin Quraşdırma idarəsində usta, iş icraçısı, sahə rəisi, baş mühəndis vəzifələrində çalışıb.
1986-1989-cu illərdə Azərbaycan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyi Səyyar mexaniki dəstəsində baş mühəndis, idarə rəisi vəzifəsində işləyib.
1989-1994-cü illərdə Azərbaycan Republikası Xüsusi Tikinti Quraşdırma Nazirliyinin  Azsantexquraşdırma Birliyinin 2 saylı Bakı Quraşdırma idarəsində rəis vəzifəsində çalışıb.
1994-1996-cı illərdə Azərbaycan Republikası Xüsusi Tikinti Quraşdırma Nazirliyinin  Azsantexquraşdırma İstehsalat Birliyinin baş mühəndisi olub.
1996—2006-cı illərdə Azərbaycan Neft Şirkəti «Sosial Tikinti» Trestində İdarə Rəisi vəzifəsinə təyin edilib.
2006-2010-cu illərdə «AzSanTexPlast» və  «Alıbəyli-Y» Məhdud Məsuliyyətli Cəmiyyətlərində Baş director vəzifəsində  çalışıb.
2010-ci uldən 25 avqust 2015-ci il tarixədək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində işləyib.
25 avqust 2015-ci il tarixdən Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssiələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.
2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Tərəqqi» medalı ilə təltif edilib.
Ailəlidir. 3 övladı vardır.

FAYDALI KEÇİDLƏR