AZ | RU | EN

Üzv təşkilatlar

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi

 

 

1905-ci ildə Bakıda poçt və teleqraf qulluqçuları Ümumrusiya poçt-teleqraf məmurları ilk Həmkarlar İttifaqının yerli şöbəsini yaratmışlar.

22 fevral 1968-ci ildə rabitə və avtonəqliyyat işçilərinin və şosse yolları fəhlələrinin Respublika Komitəsinin IV Plenumu «Rabitə işçiləri» və «Avtonəqliyyat işçiləri və şosse yolları fəhlələri» iki Müstəqil Sahə Həmkarlar İttifaqı Respublika Komitələrini yaratmaları barədə qərar qəbul etmişdir.

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı rabitə sahəsində çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının birliyidir. RİMHİ Azərbaycan Respublikası Konstitusiyasına, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə və normalarına, Azərbaycan Respublikasında ratifikasiya olunmuş beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının qanunvericiliyinə və onun subyektlərinə, mövcud Nizamnaməyə müvafiq olaraq fəaliyyət göstərir. RİMHİ həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Hazırda İttifaq öz ətrafında 4 həmkarlar ittifaqı şöbəsi və 2 birləşmiş həmkarlar ittifaqı komitəsindən ibarət 167 ilk təşkilatda həmkarlar ittifaqı üzvü olan və poçt, telekom və teleradioda çalışan 20 mindən artıq rabitəçini birləşdirir. İttifaqın Nabranda rabitəçilər üçün tikdiyi bazası və Goradildə rabitəçilərə əməyin mühafizəsi üzrə formalar tikən tikiş sexi vardır.

  • Həmkarlar İttifaqının orqanları aşağıdakılardır:
  • Konfrans-ali rəhbər orqan
  • Respublika Komitəsi – seçkili kollegial orqan
  • Rəyasət Heyəti – icraedici kollegial orqan
  • Həmkarlar İttifaqı sədri – tək icraedici orqan
  • Təftiş komissiyası – nəzarət təftiş orqanı

Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi UNİ-nin üzvü kimi mütəmadi olaraq təşkilatın tədbirlərində iştirak edir.

 


FAYDALI KEÇİDLƏR