AZ | RU | EN

"Kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsində peşə standartlarının rolu" mövzusunda konfrans keçirilmişdir

19 Dec 2013

Bu isə istehsal prosesinə müəyyən maneələr yaratmaqla yanaşı, əmək bazarına daxil olan işçi qüvvəsinin peşə bacarıqları ilə işəgötürənlərin tələbləri arasında ziddiyyətin yaranmasına, məhsuldarlığın təminatında çətinliyə səbəb olurdu, işçi qüvvəsinin zəruri bacarıqlara malik olmaması işəgötürənlər üçün vaxt və maliyyə itkisi ilə nəticələnirdi. Peşə standartlarının hazırlanması ölkəmizdə əmək resurslarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər üçün mühüm əsasdır.

S.Müslümov vurğulamışdır ki, bu standartlar peşə təhsili və təlimi sisteminin iqtisadi sferanın tələblərinə uyğunlaşdırılması kimi vacib məsələnin həllində bir açar rolunu oynayacaqdır. Bu sahədə mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmuşdur. Peşə standartları artıq müəssisələr tərəfindən tətbiq olunmağa başlanmışdır. Bu sahədə fəaliyyətimizi davam etdirəcəyik.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev də çıxış edərək gündəlikdə duran məsələ ilə əlaqədar AHİK-in həyata keçirdiyi tədbirlərdən danışmışdır. (S.Mehbalıyevin çıxışının tam mətnini oxucularımıza təqdim edirik)

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenkonun və "Peşə standartlarının hazırlanması" (DIOS) layihəsinin direktoru Hans Bonariusun çıxışları dinlənilmişdir.

Konfransda "Peşə standartları beynəlxalq perspektivdə", "Peşə standartlarının hazırlanması və tətbiqinin kadr hazırlığı və əmək məhsuldarlığının yüksəldilməsinə təsirləri" və digər mövzularda çıxışlar olmuş, müzakirələr aparılmışdır. Həmçinin DIOS layihəsi haqqında videoçarx, hazırlanmış peşə standartlarının çap nümunələri nümayiş etdirilmişdir.

Tədbirdə nazirlik ilə bir sıra təşkilatlar arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

FAYDALI KEÇİDLƏR