AZ | RU | EN

2012-ci ildə AHİK-in üzv təşkilatlarında hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsi HAQQINDA

11 Jul 2011

AHİK qurultaylarında, Məclislərində və İcraiyyə Komitəsinin iclaslarında vaxtaşırı olaraq təşkilati məsələlərə – kadr siyasəti sisteminin təkmilləşdirilməsi, həmkarlar ittifaqı işçilərinin peşə hazırlığının yüksəldilməsi, nizamnamə və struktur dəyişiklikləri, daxili intizam və məsuliyyətin artırılması, hesabat-seçkilərin keçirilməsi qaydaları, həmkarlar ittifaqına üzvlüyün əsaslarının gücləndirilməsi və s. geniş müzakirə olunmuş, müvafiq qərar və sənədlər qəbul edilmişdir.

 

Həmkarlar ittifaqları hərəkatında müvafiq dəyişikliklər aparmadan və ölkənin həmkarlar ittifaqları hərəkatı birliyini təmin etmədən bu məsələlərin həlli mümkün deyil.

«Azərbaycan Həmkarlar İttifaqlarının öz orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimata əlavə və dəyişikliklər», sahə həmkarlar ittifaqı respublika komitələrinə kömək məqsədilə hesabat-seçki yığıncaqlarının keçirilməsinə dair bir sıra sənədlərin nümunəsi, «Həmkarlar ittifaqı təşkilatının ümumi illik hesabatına əlavə və dəyişikliklər», «AHİK-in üzv təşkilatlarında hesabat-seçki kompaniyalarının vahid müddətdə keçirilməsi» haqqında xüsusi əhəmiyyətli sənədlər məhz bu məqsədlərə xidmət edir.

Bundan əlavə təşkilat işləri və məlumat şöbəsi ilə Əmək və Sosial Münasibətlər Akademiyasında da həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki kampaniyalarının keçirilməsi qaydaları geniş şəkildə tədris edilir.

AHİK-in təşkilat işləri və məlumat şöbəsi ilə Əmək və Sosial Münasibətlər Akademiyası həmkarlar ittifaqlarının təşkilati cəhətdən güclənməsinin və inkişafının aktual məsələləri üzrə daxil olan təkliflərdən səmərəli istifadə edərək həmkarlar ittifaqları kadrlarının ehtiyatı, üzv təşkilatların rəhbər vəzifələrinə namizədlərlə bağlı bir sıra proqramların həyata keçirilməsi, nümunəvi Qaydaların qəbulunu planlaşdırır.

AHİK-in II Məclisinin qərarına müvafiq olaraq AHİK-in üzv təşkilatlarında hesabat-seçkilər vahid müddətdə 2012-ci il ərzində keçiriləcəkdir. AHİK-in 26 üzv həmkarlar ittifaqlarının qurultayları (konfransları), 17267 ilk həmkarlar ittifaqı təşkilatlarında isə hesabat seçki konfransları və yığıncaqlarının keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı aparılan işlərə və qəbul olunan qərarlara baxmayaraq həmkarlar ittifaqlarında bir çox təşkilati problemlər öz aktuallığını saxlayır.

Sahə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması ləng həyata keçirilir, aşağı vəsilələrlə əlaqələr lazımı səviyyədə deyil.

Üzv təşkilatlar yerli birlikləri ilə təşkilati, kadr və maliyyə məsələləri üzrə qarşılıqlı fəaliyyəti zəif həyata keçirirlər.

Həmkarlar ittifaqlarının kadr ehtiyatının formalaşdırılması, hazırlanması və maarifləndirilməsi istiqamətində apardıqları işin səmərəsi azdır, həmkarlar ittifaqında gənc üzvlərin potensialından yetərincə istifadə olunmur. Üzv təşkilatlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının məzunlarından kifayət qədər istifadə etmirlər.

 

AHİK-in İcraiyyə Komitəsi qərara alır:

 

1. Həmkarlar ittifaqı təşkilatlarının bütün vəsilələrində 2012-ci il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsinin təmin edilməsi AHİK-in üzv təşkilatlarına tapşırılsın.

 

2. Hesabat-seçki kampaniyasının mütəşəkkil qaydada keçirilməsini təmin etmək məqsədi ilə üzv təşkilatların maliyyə dəstəyi ilə jari ilin avqust-okytabr aylarında həmkarlar ittifaqının rayon komitələrinin (şuralarının) və ilk təşkilatların rəhbərləri və fəallarının iştirakları ilə Respublikanın bütün ərazisini əhatə edən zona-seminar müşavirələri keçirilsin (Seminar müşavirələrin keçirilməsi ilə əlaqədar sənədlər əlavə olunur).

 

3. AHİK-in üzv təşkilatlarına:

 

- təşkilatı, maliyyə və kadr cəhətdən möhkəmlənmək, ölkənin həmkarlar ittifaqlarının birgə hərəkatını təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının rolunu artırmaq üçün AHİK-in üzv təşkilatlarına qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə etmək;

 

- hesabat-seçki qurultayı, konfransı və ijlasları hazırlanıb keçirilərkən Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi nəzarətin təmin olunması;

 

- xüsusi diqqət ayıraraq həmkarlar ittifaqı təşkilatları rəhbərlərinin kadr cəhətdən möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə xüsusi ilə həmkarlar ittifaqlarının yerli təşkilatlarda tədbirlər görülməsi;

 

- təyin edilmiş müddət ərzində hesabat və seçkilərin nəticələrinə əsasən statistik hesabatların vaxtında təqdim olunması;

 

- əməkçilərin sosial-iqtisadi mənafelərinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının ictimai-siyasi rolunu təbliğ etmək məqsədilə kütləvi informasiya vasitələrində hesabat-seçki kampaniyasının gedişinin hərtərəfli işıqlandırılması tapşırılsın;

 

4. Üzv təşkilatların rəhbərlərinə tapşırılsın ki, bilavasitə xidmətlərində olan həmkarlar ittifaqı təşkilatlarında keçiriləcək hesabat-seçki yığıncaqlarının qrafikləri (formaya uyğun) hesabat-seçki yığıncaqlarına 15 gün qalmış AHİK-in təşkilat işləri və məlumat şöbəsinə təqdim edilsin.

 

5. Keçirilmiş hesabat-seçki yığıncaqlarında həmkarlar ittifaqı üzvləri tərəfindən səsləndirilmiş tənqidi qeydlər (formaya uyğun) ümumiləşdirilib yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilsin.

 

6. Qərarın icrasına nəzarət AHİK-in təşkilat işləri və məlumat şöbəsinə (H.Cəfərova) tapşırılsın.

FAYDALI KEÇİDLƏR