AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevskini qəbul etmişdir

15 Jul 2010

AHİK-in sədri S. Mehbalıyev diplomatik fəaliyyəti dövründə cənab K. Krayevskinin Azərbaycan və Polşa arasında qarşılıqlı əməkdaşlığın və pol2ikitərəfli münasibətlərin möhkəmlənməsindəki rolunu yüksək qiymətləndirmişdir. Hər iki ölkənin həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlığın və ikitərəfli sıx əlaqələrin olduğunu qeyd edən S. Mehbalıyev bildirmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yarandığı gündən Polşanın «Solidarnost» həmkarlar təşkilatı tərəfindən həmişə dəstəklənmiş və hər iki ölkənin həmkarlar təşkilatları arasındakı işgüzar qarşılıqlı münasibətlər bu gün də davam etməkdədir.

AHİK-in sədri səfir K. Krayevskini ölkələrimiz arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə «Dostluq» ordeni ilə təltif edilməsi münasibəti ilə səmimi-qəlbdən təbrik etmiş və gələcək diplomatik fəaliyyətində ona yeni-yeni uğurlar arzulamışdır.

Polşanın ölkəmizdəki səfiri səmimi qəbul üçün AHİK sədrinə öz minnətdarlığını bildirmiş, Azərbaycanda keçirdiyi illər haqqında məmnunluq hissi ilə danışmış, ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə və inkişaf edəcəyinə inamını ifadə etmişdir.

FAYDALI KEÇİDLƏR