AZ | RU | EN

Üzv təşkilatlar

İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi

("İnşaat-İş" Həmkarlar İttifaqı)

 

Azərbaycan İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı 1991-ci ildə təşkil olunmuşdur.

Həmkarlar ittifaqı Respublika Komitəsi üzvlük hüququ olan 92 həmkarlar ittifaqını və 13000-dən çox üzvü öz ətrafında birləşdirir.

Həmkarlar ittifaqının xidmətində tikinti-quraşdırma, layihə-tikinti, nəqliyyat təşkilatları, peşə-texniki tədris mərkəzləri vardır. Sahə həmkarlar ittifaqının ali orqanı qurultaydır. Sonuncu  qurultay 2012-ci ilin sentyabrında keçirilmişdir.

Sahə həmkarlar ittifaqının qurultaylararası fəaliyyətinə Nizamnaməyə əsasən Məclis rəhbərlik edir. Məclisin iclası ildə 2 dəfədən az olmayaraq keçirilir. Operativ rəhbərlik üçün Məclis üzvlərindən İcraiyyə Komitəsi seçilir.

IV qurultayın qəbul etdiyi proqram sənədi qarşıda duran vəzifələri müəyyən edir. Bu sənəd həmkarlar ittifaqinin işəgötürənlərlə birgə istehsalatda əmək və məişət şəraitinin daha da yaxşılaşdırılmasını, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasını, kollektiv müqavilələrin yerinə yetirilməsi üzrə fəaliyyəti nəzərdə tutur.

Sahə həmkarlar ittifaqı qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi üzrə təşəbbüslə çixiş edir. Bu məqsədlə öz təkliflərini Həmkarlar İttifaqları Konfederasiyasına, müvafiq dövlət orqanlarına göndərir. «Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın Azərbaycan dilində hazırlanması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin proqramına daxil edilməsinə nail olunmuşdur.

Sahə həmkarlar ittifaqı Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Belorus, Moldova, Tacikistan, Qırğızıstan, Türkiyə İnşaatçıları Həmkarlar İttifaqları ilə əməkdaşlıq edir. Onların bəziləri ilə əmək miqrantlarının hüquqlarının təmin olunması üzərində ictimai nəzarəti həyata keçirmək barədə müqavilələr bağlanmışdır.

 ”İnşaatçı” Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Beynəlxalq Tikinti və Meşə İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (BWİ) üzvüdür.

FAYDALI KEÇİDLƏR