AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Respublikası "İnşaat-İş" 

Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Hüseynov Umud Aydın oğlu

 

insaat1956-cı ildə anadan olmuşdur. 1991-ci ildə Əmək və İctimai Münasibətlər Akademiyasını bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildən tikinti idarəsində fəhlə kimi başlamışdır.

Murmansk şəhərində ordu sıralarından tərxis olunduqdan sonra 1977-ci ildən tikinti idarəsində usta, təhlükəsizlik texnikası üzrə mühəndis vəzifələrində çalışmışdır. 1983-cü ildə tikinti idarəsinin həmkarlar ittifaqı komitəsinin sədri, 1991-ci ildə “İctimaimədənitikinti” trestinin HİK sədri seçilmişdir. 2000-ci ildən 2005-ci ilin fevral ayına kimi Bakı şəhəri Nizami rayonu Bələdiyyəsində müfəttiş və şöbə müdiri kimi fəaliyyət göstərmişdir.

11 fevral 2005-ci ildən İnşaat Kompleksi İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı, «Azərbayjan Həmkarlar İttifaqının 100 illik yubiley» medalı ilə və Fəxri fərmanlarla təltif olunmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Məclisinin, Beynəlxalq Tikinti və Meşə İşçiləri Həmkarlar İttifaqı Konfederasiyasının (BWI) Məclis, «İnşaatçı» Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.

 Evlidir, bir övladı var.

FAYDALI KEÇİDLƏR