AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri

Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycanda neft sahəsində həmkarlar ittifaqı hərəkatı 19-cu əsrin 90-cı illərinə təsadüf edir. 1904-cü ildə dünyada ilk dəfə Bakı neftçiləri ilə işəgötürənlər arasında tarixdə «Mazut müqaviləsi» adını almış ilk kollektiv müqavilə Azərbaycanın neft sənayesində həmkarlar hərəkatının əsasını qoymuşdur. Bu gün Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı öz sıralarında 88667 nəfərədək üzvü birləşdirir.

İttifaqın ali orqanı – qurultaydır və Məclis tərəfindən 5 ildən gec olmayaraq cağırılır. Qurultaylararası dövrdə ittifaqın ali orqanı   6 ayda bir dəfədən az olmayaraq keçirilən Məclis sayılır. Məclisin iclaslararası dövrdən ittifaqın icra orqanı olan Rəyasət Heyəti 3 ayda 1 dəfədən az olmayaraq çağırılır.

Respublika Komitəsinin «Daimi komissiyalar haqqında Əsasnaməsi» təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq 6 daimi komissiya fəaliyyət göstərir:

1. Təşkilat məsələləri üzrə komissiya

2. Kollektiv müqavilələr üzrə komissiya

3. Sosial-iqtisad məsələləri üzrə komissiya

4. Əməyin və sağlamlığın mühafizəsi üzrə   komissiya

5. Əmək mübahisələri üzrə komissiya

6. Qadın əməyi və gender məsələləri üzrə komissiya

İttifaqın struktur xidmətinə 255 ilk həmkarlar ittifaqı təşkilatı daxildir. İttifaqın struktur xidmətində olan 49 özəl, birgə müəssisə və transmilli kompaniyalarda həmkarlar ittifaqı təşkilatları fəaliyyət göstərir.

 ANQSİ Hİ RK 1997-ci ildən Neft Qaz Tikintisi Kompleksi İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının, 1999-cu ildən IJEM-in üzvüdür.

FAYDALI KEÇİDLƏR