AZ | RU | EN

Üzv təşkilatlar

Naxçıvan Muxtar Respublikası Həmkarlar

İttifaqları Şurasının sədri

Novruzov Sucaxan Müseyib oğlu

 

 

naxcivan1955-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1972-ci ildə tikinti idarəsində fəhlə kimi başlamışdır. 1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 1977-2000-ci illərdə müxtəlif vəzifələrdə - Doluya Qarşı Mübarizə dəstəsində döyüşçü, Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim, 2000-2010-cu illərdə isə Naxçıvan MR Gənclər və İdman naziri vəzifələrində işləmişdir.

26 dekabr 2010-cu il tarixində Naxçıvan MR Həmkarlar İttifaqlararası XV növbədənkənar konfransında Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir. Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman xadimidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Naxçıvan MR Ali Məclisinin deputatı və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisinin İcraiyyə Komitəsinin üzvü olmuşdur.

 Ailəlidir, 4 övladı var.

FAYDALI KEÇİDLƏR