AZ | RU | EN

“Ən yaxşı ilk həmkarlar ittifaqı komitəsi” baxış müsabiqəsinin qalibləri mükafatlandırılmışdır

29 Nov 2013

 

 ATİAHİ respublika komitəsinin sədri Səttar Mehbalıyev müsabiqə ilə bağlı mərasim iştirakçılarına məlumat vermiş, qalibləri təbrik etmişdir.

Bildirilmişdir ki, müsabiqənin keçirilməsində başlıca məqsəd həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini gücləndirmək, ittifaq üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını daha yaxşı qorumaq, təşkilatların nüfuzunu qaldırmaq, işləyən təhsil işçilərini, tələbə və şagirdləri ittifaqa cəlb etmək, həmkarlar ittifaqı fəallarının əməyini stimullaşdırmaq, onların müsbət iş təcrübəsini yaymaq, sağlam rəqabət mühiti yaratmaqdır.

Müsabiqənin ikinci turunda iştirak edən 37 ilk təşkilatdan 12-si qalib adını qazanmışdır. Baxış müsabiqənin qalibi olmuş təşkilatlara kompyuter, komitə sədrlərinə isə fotoaparat və diplomlar təqdim edilmişdir.

29.11.13.1 29.11.13

FAYDALI KEÇİDLƏR