AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Respublikası Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı

 

 

Müdafiə sənaye yönümlü müəssisələrin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin oxşar fəaliyyət növü ilə məşğul olan sahələrin, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi Müəssisələrinin işçilərini üzvlüyündə birləşdirən Azərbaycan Respublikası Müdafiə Sənaye Sahələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqı 1991-ci ildə yaradılmışdır.

2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə Sənaye Sahələri İşçilərinin Müstəqil Həmkarlar İttifaqının IV hesabat-seçki konfransı keçirilmiş, həmin konfransda Röfət Həmid oğlu Müfid-Zadə Həmkarlar İttifaqının yeni sədri seçilmişdir.

2008-ci ildə yenidən formalaşan ittifaqın I Qurultayı keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində ittifaqın Nizamnaməsi yenidən dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikası Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı adlandırılmışdır.

Həmkarlar ittifaqinin ali orqanı Qurultaydır. Qurultaylararası dövrdə Həmkarlar İttifaqına rəhbərliyi Respublika Komitəsi həyata keçirir, ildə bir dəfədən az olmayaraq Məclisə toplaşır. Həmkarlar İttifaqının fəaliyyətinə operativ rəhbərlik etmək üçün Respublika Komitəsi üzvlərindən Respublika Komitəsinin Rəyasət Heyəti seçilir.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə 2011-2013-cü illər üçün sahə (tarif) Kollektiv Sazişi imzalanmışdır.

Respublika Komitəsi Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyi və Türk Harb-İş Sendikası ilə fəal əməkdaşlıq edir.

Respublika Komitəsinin nümayəndə heyəti Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqlarının Beynəlxalq Birliyinin 2008 və 2009-cu illərdə keçirilmiş Konqreslərində iştirak etmişdir. Bundan başqa Belarus Sənaye İşçiləri Həmkarlar İttifaqı ilə 2009-cu ildə dostluq və əməkdaşlıq barədə ikitərəfli saziş bağlanmışdır.


FAYDALI KEÇİDLƏR