AZ | RU | EN

Moskvada Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yubiley iclası keçirilmişdir

23 Apr 2012

O demişdir ki, biz bura çox əlamətdar bir gündə toplaşmışıq. Bu gün sıralarında çoxminli həmkarlar ittifaqı üzvünü birləşdirən Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 20-ci ildönümü qeyd olunur. Biz sizinlə birlikdə çox çətin, lakin şərəfli yol keçmişik. Bir-birinə iki zidd ictimai-siyasi quruluşun qovuşacağında işçilərin əmək və sosial hüquqlarının keşiyində öz sağlamlığımızı, imicimizi riskə qoymaqla durmuşuq. Biz istədiklərimizə nail olmuşuq. Həmkarlar ittifaqını qoruyub saxlamağı bacarmışıq. Lakin hələ də hər gün problemləri dəf etməklə məşğuluq. Ötən illərin təcrübəsi göstərdi ki, biz birlikdə daha güclüyük.

Sonra İcraiyyə Komitəsində bir gün sonra keçiriləcək ÜHİK Şurasının iclasının gündəliyinə, iş qaydaları və sair məsələlərə baxılmışdır. Konfederasiyanın baş katibinin müavini Natali Podşibyakinanın "MDB ölkələrində sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda məlumatı dinlənilmişdir.

Mövzu ətrafında AHİK sədri, millət vəkili Səttar Mehbalıyev, eləcə də Ukrayna, Qazaxıstan və Tacikistanın həmkarlar ittifaqları mərkəzlərinin sədrləri Yuriy Kulik, Siyazbek Mukaşev və Murodali Salixov çıxış etmişlər.

ÜHİK-in baş katibinin müavini Albert Patapov BƏT-in konvensiyalarının ratifikasiyası və icrası barədə iştirakçıları məlumatlandırıb.

Sonda iclas Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə müraciət və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Beynəlxalq Tikinti Materialları Sənayesi və Tikinti İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gennadi Arjanovun ÜHİK-in "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" qızıl nişanı ilə təltif olunmaları barədə qərar qəbul etmişdir.

sedr-moskva3 sedr-moskva2

Aprelin 17-də isə Moskva şəhərində Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli iclas keçirilib.

Tədbiri Konfederasiyanın prezidenti Mixail Şmakov açmış, Qurumun baş katibi Vladimir Şerbakov "İki onilliyin dərsləri və yeni dövrə çağırış" mövzusunda məruzə etmişdir.

Təntənəli iclasda ÜHİK-in mükafatlarının təqdimetmə mərasimi olmuşdur.. ÜHİK-in vitse-prezidenti Viktor Karnyuşinə, AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə, Beynəlxalq Tikinti Materialları Sənayesi və Tikinti İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının sədri Gennadi Arjanova, "İstirahət və Turizm üzrə Mərkəzi Şura" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Viktor Puqievə "Həmkarlar ittifaqları hərəkatı qarşısında xidmətlərinə görə" qızıl nişanları təqdim olunmuşdur..

Həmçinin MDB-nin bir qrup həmkarlar ittifaqı rəhbərinə "ÜHİK - 20 il" gümüş döş nişanı və yubiley Fəxri fərmanları verilmişdir.

Ümum Həmkarlar İttifaqları Konfederasiyasının Şurası bu təşkilatın yaranmasının 20 illiyi münasibətilə dünya həmkarlar ittifaqlarına müraciət qəbul etmişdir.

Tədbirdə AHİK-in nümayəndə heyətinin tərkibində Konfederasiya sədrinin birinci müavini İlyas Əliyev, müavini Aqil Dadaşov, katibi-aparat rəhbəri Həsən Cəfərov da iştirak etmişlər.

FAYDALI KEÇİDLƏR