AZ | RU | EN

Misir Səhiyyə İşçiləri Həmkarlar İttifaqı nümayəndə heyəti ilə görüş

12 Oct 2011

AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının yaranma tarixi, inkişaf mərhələləri, fəaliyyəti, strukturu və görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətində dönüş yaranmışdır. Bu gün AHİK-in 1 milyon 600 mindən çox üzvü vardır.

Xarici ölkələrin həmkarlar təşkilatları nümayəndə heyətlərinin ölkəmizə səfərlərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və inkişaf etməsində önəmli rol oynadığını qeyd edən sədr vurğulamışdır ki, rəhbərlik etdiyi qurumun Misir həmkarlar təşkilatları ilə sıx əlaqələri vardır. Bundan əlavə, AHİK çalışır ki, bütün müsəlman ölkələri ilə daha sıx əlaqələr yaratsın.

Respublikamızda həyata keçirilən quruculuq işlərindən, aparılan iqtisadi islahatlardan danışan Səttar Mehbalıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, dövlətimizin bu problemin həlli ilə bağlı ədalətli mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir.

Misir Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Azərbaycanda olmasından məmnunluğunu bildirmiş, ölkəmizdə həmkarlar ittifaqı təşkilatlarının uğurlu fəaliyyətini yüksək qiymətləndirmişdir.

Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən qonaq Azərbaycana təqribən 8 il əvvəl gəldiyini bildirmişdir. Demişdir ki, bu müddətdə Bakı tanınmaz dərəcədə dəyişmişdir. Şəhər də çox böyük sürətlə inkişaf etmişdir. Bu, ona dəlalət edir ki, xalq və dövlət inkişafa meyillidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan misirli qonaq qeyd etmişdir ki, biz bu məsələdə həmişə sizinləyik və haqq işinizi dəstəkləyirik.

Qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi sahəsində Azərbaycan və Misir həmkarlar ittifaqlarının fəaliyyətinin də uğurla davam etdiyi vurğulanmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

12.10.11.1 12.10.11.2

 

FAYDALI KEÇİDLƏR