AZ | RU | EN

Üzv təşkilatlar

Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi

 

 

Bakı metropolitenində həmkarlar ittifaqı təşkilatı 1967-ci ildə yaradılmış və Azərbaycan Dəmir Yolu Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin xidmətinə daxil olmuşdur. 8 may 2003-cü il tarixdən Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi (MİHİB) təsis edilmiş və AHİK-in xidmətinə daxil olmuşdur.

MİHİB tərkibində 13 ilk həmkarlar İttifaqı komitəsi, 41 sex həmkarlar ittifaqı təşkilatı və 89 qrup həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. MİHİB-in 4657 nəfər üzvü var.

Azərbayjan Respublikasının Gənclər siyasətinin tələblərinə uyğun olaraq 2005-ci ilin dekabrın 28-də MİHİB-in tərkibində Gənclər Təşkilatı yaradılmışdır.

Təşkilatın ali orqanı konfransdır. Son konfrans 2012-ci ildə keçirilmişdir. Konfranslararası müddətdə təşkilatın işinə Məclis rəhbərlik edir ki, o da ildə bir dəfədən az olmayaraq çağırılır. Cari məsələləri həll etmək üçün İcraiyyə Komitəsi seçilir ki, onların da iclası 2 ayda bir dəfədən az olmayaraq keçirilir.

MİHİB metropoliten rəhbərliyi ilə hər 3 ildən bir 3 illik kollektiv müqavilə bağlayır, hər il kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında müzakirələr aparır.

MİHİB 2 beynəlxalq həmkarlar ittifaqı təşkilatının üzvüdür. 14 fevral 2004-cü il tarixdən Metal işçilərinin Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Federasiyasına üzv olmuşdur. 20 sentyabr 2008-ci ildə Sankt-Peterburq şəhərində keçirilən iclasda isə Dəmiryolçuların və Nəqliyyat Tikintisi işçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası nəzdində MDB ölkələri Metropolitenlərinin Həmkarlar İttifaqı Komissiyasının üzvüdür.


FAYDALI KEÇİDLƏR