AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası

 

 

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası 1996-cı ildə təşkil edilmiş, dağ-mədən, metallurgiya, zərgərlik, ağır və ümumi maşınqayırma, cihazqayırma, radioelektronika, avtomobil və kənd təsərrüfatı maşınqayırma və digər uyğun sahə işçilərini özündə birləşdirir.

Federasiyada 12 min həmkarlar ittifaqı üzvü olan 48 ilk həmkarlar ittifaqı təşkilatı birləşir.

İlk həmkarlar ittifaqı təşkilatları öz iclaslarında (konfranslarında) həmkarlar ittifaqı komitəsi seçirlər. Həmkarlar İttifaqı komitəsi üzvlərindən biri Federasiyanın İcraiyyə Komitəsinin qərarı ilə, həmkarlar ittifaqı komitəsi üzvlərinin rəyi nəzərə alınmaqla komitə sədri təyin edilir.

Həmkarlar İttifaqı Komitəsinin sədri eyni zamanda Federasiyanın təmsilçisidir.

Federasiyanın ali orqanı 5 ildən bir çağırılan qurultaydır.

Federasiyanın sonuncu qurultayı 2012-ci ilin sentyabr ayında çağırılmışdır.

Qurultaylararası dövrdə Federasiyanın fəaliyyətinə, ildə 1 dəfədən az olmayaraq toplaşan Mərkəzi Komitə rəhbərlik edir. Federasiyanın fəaliyyətinə operativ pəhbərlik üçün Mərkəzi Komitə üzvlərindən İçraiyyə Komitəsi seçilir.

Federasiya yarandığı gündən prezident vəzifəsinə Hümbətov Əli İmran oğlu seçilmişdir.

Federasiya öz fəaliyyətini III qurultay tərəfindən qəbul edilmiş proqram sənədinin müəyyən etdiyi istiqamətlərdə qurur.

Federasiyanın iş prinsipi kollektiv danışıqlar və razılaşmalar üzərində qurulmışdur.

Federasiyada 1 Kollektiv tarif sazişi, ilk təşkilatlarda isə Kollektiv müqavilələr fəaliyyət göstərməkdədir.

Həmkarlar ittifaqı üzvlük haqları Federasiyanın vahid hesabında cəmlənir.

İlk təşkilatlara maliyyə vəsaiti vahid hesabdan, Federasiyanın İcraiyyə Komitəsinin təsdiq etdiyi smetalara əsasən ayrılır.

Federasiyada həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi üzrə daim işləyən seminar fəaliyyət göstərir.

Federasiya Beynəlxalq həmkarlar ittifaqları ilə fəal əməkdaşlıq edir, Avrasiya Beynəlxalq Metal Federasiyasının, Metallistlərin, Avtomobil və Kənd Təsərrüfatı Maşınqayırma İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqı Birliklərinin üzvüdür.

Federasiyanın prezidenti Hümbətov Əli İmran oğlu Avrasiya Beynəlxalq Metal İşçiləri Federasiyasının vitse-prezidenti seçilmişdir.


FAYDALI KEÇİDLƏR