AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri

Əli İmran oğlu Hümbətov

 

 

metal1949-cu ildə anadan olmuşdur, 1973-cü ildə Azərbaycan Neft Kimya İnistitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1966-ci ildə Azbest-Sement Keramika Kombinatında tornaçı vəzifəsində başlamışdır.

1973-1977-ci illərdə Qobustan Vışkaquraşdırma idarəsində mexanik, böyük mexanik vəzifələrində, 1977-1980-cı illərdə Bakı Ağırlaşdırıcılar zavodunda baş texnoloq vəzifəsində işləmişdir.

1980-1987-ci illərdə Neft Qaz Sənayəsi İşçiləri Həmkarlar İttifaqı MK-nin texniki əmək müfəttişi, 1987-1992-ci illərdə Ağır Maşınqayırma İşçiləri Həmkarlar İttifaqı MK-nin baş texniki əmək müfəttişi vəzifələrində işləmişdir.

1992-ci ildə Azərbaycan Ağır Maşınqayırma İşçiləri Həmkarlar İttifaqı RK sədri, 1996-cı ildə isə Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Həmkarlar İttifaqlarının «Həmkarlar İttifaqında xidmətlərinə görə» medalı və «Əməkdar mədəniyyət işçisi» fəxri adı ilə təltif edilmişdir.

Evlidir, iki övladı var.


FAYDALI KEÇİDLƏR