AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Gürcüstan Həmkarlar Birliyi arasında Memorandum imzalanıb

07 Dec 2010

Konfederasiyası (AHİK) ilə Gürcüstan Həmkarlar İttifaqları Birliyi (GHİB) arasında Anlaşma Memorandumu imzalanmışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Beynəlxalq Əmək Təşkilatının (BƏT), AHİK-in, GHİB-in, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Dövlət Miqrasiya Xidmətinin (DMX) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK) nümayəndələri iştirak etmişlər.

Seminar iştirakçılarını salamlayan AHİK sədri, Milli Məclisin deputatı S.Mehbalıyev bildirmişdir ki, bu tədbir BƏT-in “Rusiya Federasiyasında işçi miqrantların müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması (2010-2011)” layihəsi çərçivəsində təşkil edilmişdir.
S.Mehbalıyev müzakirəyə çıxarılan məsələnin aktuallığını vurğulamış, son dövrlər Azərbaycanda bu sahədə görülmüş işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, layihə çərçivəsində AHİK üzvü olan təşkilatlarda müzakirələr aparılmış, treninqlər keçirilmiş, vəzifələr müəyyənləşdirilmişdir. Miqrasiya siyasətinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolunu gücləndirmək məqsədilə AHİK nəzdində ictimai əsaslarla fəaliyyət göstərən İnformasiya və Resurs Mərkəzi yaradılmış, “qaynar xətt” açılmışdır. Eyni zamanda, AHİK-in əməkdaşları Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının mövzu ilə bağlı müxtəlif ölkələrdə keçirdikləri tədbirlərdə iştirak etmiş, həmkarlar ittifaqlarının mövqeyini iştirakçılara çatdırmışlar. Hazırda da bu sahədə işlər davam etdirilir.

S.Mehbalıyev bildirmişdir ki, bu sahədə qonşu ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi işçilərin hüquqlarının müdafiəsi üçün önəmli addım olacaqdır.

Qeyd edilmişdir ki, həmkarlar ittifaqlarının əmək miqrasiyası sahəsindəki fəaliyyəti və imkanları barədə əməkçi miqrantlar məlumatlandırılmalı və onların həmkarlar ittifaqı üzvlüyünə nail olunmalıdır. Bu istiqamətdə AHİK və onun üzv təşkilatları bütün təşkilati işləri aparmaq iqtidarındadır.

 

memo1 memo2

FAYDALI KEÇİDLƏR