AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Mədəniyyət İşçiləri  

Həmkarlar İttifaqının Respublika Komitəsi

 

 

 

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında «Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti» kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən   Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır.

İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir.

İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir.

Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir.

Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin - Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.

 Eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının vasitəsilə Beynəlmiləl Həmkarlar İttifaqları Konfederasiyasının (İTUC) və Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (VKP) işlərində yaxından iştirak edərək, qeyd edilən təşkilatlarla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini həyata keçirir.

FAYDALI KEÇİDLƏR