AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Mədəniyyət İşçiləri  
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Səttarova Cəmilə Məmmədağa qızı
 
 
 
medeniyyet1946-cı il anadan olmuşdur. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
1969-cu ildən Bakı şəhəri 6 saylı Uşaq Musiqi Məktəbində müəllim, 1975-ci ildən tədris hissə üzrə direktor müavini, 1980-cı ildən isə direktor vəzifələrində çalışmışdır.     1985-ci ilin dekabr ayının 5-dən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, 2000-ci ilin fevral ayının 15-dən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Məclisin üzvüdür.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının üzvüdür. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir.
AHİK-in «Gender bərəbərliyi və qadın problemləri üzrə Mərkəzi»nin sədri,     Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Müstəqil Dövlətlər Birliyinin Məsləhət Şurasının (Beynəlxalq Birliyi) üzvüdür. Ümum Həmkarlar İttifaqları Konfederasiyasının qadın məsələləri üzrə komissiyasının üzvüdür. «EPSU» – «Avropa İctimai Xidmət» İcraiyyə Komitəsinin üzvüdür.
2005-ci ildə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamı ilə Cəmilə Məmmədağa qızı Səttarova "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəlidir, iki övladı var.

FAYDALI KEÇİDLƏR