AZ | RU | EN

Mədəniyyət və Turizm Nazirliyi ilə yeni Sahə sazişi imzalanmışdır

20 Nov 2013

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iki təşkilat arasında mövcud olan əlaqələri yüksək qiymətləndirərək bildirmişdir ki, həmkarlar ittifaqları ilə əməkdaşlıq müsbət nəticələrini göstərir. Eyni zamanda hər bir işçi öz hüquqlarını bilməli, mövcud qaydaların tənzimlənməsindən xəbərdar olmalıdır: "Hər bir idarədə çalışan insan özünə qarşı diqqət və qayğı hiss etdikdə işinə daha yaxşı yanaşır. Həmkarlar ittifaqı ilə apardığımız birgə iş onu göstərir ki, bu təşkilat böyük nüfuza malikdir. Qeyd etmək istərdim ki, nazirliyin həmkarlar ittifaqı təşkilatı da fəal bir qurumdur və qəbul olunan qərarların yerinə yetirilməsinə, kollektivdə sağlam ruhun formalaşdırılmasına, sosial problemlərin həllinə öz dəstəyini verir. Düşünürəm ki, növbəti illərdə də həmkarlar təşkilatı bu işlərini davam etdirəcək. Biz də, nazirlik olaraq, bu qurumun fəaliyyətinə məsuliyyətlə yanaşır və onların verdiyi təklifləri dəstəkləyirik".
Nazir onu da qeyd etmişdir ki, turizm sahəsi daha çox müstəqil biznes kimi fəaliyyət göstərdiyindən bu prosesə fəal qoşulmur: "Gələcəkdə çalışmaq lazımdır ki, həmkarlar ittifaqının fəaliyyəti turizm müəssisələrini yetərincə əhatə edə bilsin. Çünki turizm mədəniyyətin ayrılmaz hissəsidir".

Əbülfəs Qarayev nazirliklə MİHİ RK arasında növbəti kollektiv sazişi dəstəklədiyini bildirmişdir.

20.11.13.2 20.11.13.1

20.11.13.3

MİHİ RK-nın sədri Cəmilə Səttarova Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıqdan məmnunluğunu dilə gətirərək nazirliklə təmsil etdiyi qurum arasında 2009-2012-ci illəri əhatə edən sazişin müddətinin bitdiyini və yeni sazişin imzalanmasının zəruriliyini vurğulamışdır. Sazişin imzalanması üçün ikitərəfli komissiyanın səmərəli işlədiyini deyən Cəmilə Səttarova 2014-2016-cı illəri əhatə edəcək yeni sazişin əvvəlkilərdən fərqləndiyini diqqətə çatdırmışdır.

Komitə sədri "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanı"nı Əbülfəs Qarayevə təqdim etmişdir. Sonra tərəflər arasında sazişin imzalanması mərasimi keşirilmişdir.

Daha sonra 2009-2012-ci illəri əhatə edən sahə sazişinin həyata keçirilməsində göstərdikləri fəallığa görə nazirliyin bir qrup əməkdaşına mükafatlar təqdim edilmişdir.

FAYDALI KEÇİDLƏR