AZ | RU | EN

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində seminar keçirilmişdir

03 Feb 2014

Bildirmişdir ki, gənclər böyük yaradıcı gücə malik olduğundan, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətin və cəmiyyətin gələcəyi sığorta altına alınmış olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqisinin göstəricisinə çevrilir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə gənclərin sosial müdafiəsinə də ehtiyac artır. Gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən əhəmiyyətli addımlar atılmışdır.

MİHİRK-nin sədri diqqətə çatdırmışdır ki, Azərbaycan Prezidenti tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunmuşdur. Bu proqrama əsasən, gənclərin təhsil, iş, asudə vaxt problemləri həllini tapmışdır.

Bildirilmişdir ki, mədəniyyət müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin gənclərlə iş üzrə komissiyaları mütəmadi olaraq tədbirlər təşkil etməli, gənc işçilərin problemləri ilə maraqlanaraq onlara kömək göstərməlidirlər.

Sonra gənclərlə iş üzrə komissiyaların sədrləri ötən il həyata keçirdikləri tədbirlər və gördükləri işlər haqqında məlumat vermişlər.

Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər şurasının sədri Tural Süleymanov çıxış edərək qarşıda duran vəzifələrdən danışmışdır.

FAYDALI KEÇİDLƏR