AZ | RU | EN

«ÜHİK-in 20 illiyi: yekunlar, dərslər, perspektivlər» mövzusunda beynəlxalq elmi-praktiki Konfrans

17 Apr 2012

Aprelin 16-da Moskva şəhərində Ümumhəmkarlar İttifaqı Konfederasyasının 20 illiyi münasibəti ilə «ÜHİK-in 20 illiyi: yekunlar, dərslər, perspektivlər» mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Möhtəşəm «Əmək Sarayı»nda baş tutan tədbirdə MDB-dən olan nümayəndələr, üzv təşkilatlar, həmkarlar ittifaqlarının fəalları, ali məktəb müəllimləri, Rusiya Əmək və Sosial Münasibətlər Akademiyasının fəal tələbələri qatılmışlar.

Tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası «HİH və sosial tərəfdaşlıq» kafedrasının müdiri, fəlsəfə doktoru Zeynəddin Şabanov iştirak etmiş, «Azərbaycan Həmkarlar İtifaqlarının bugünü və onların beynəlxalq əlaqələri» mövzusunda çıxış etmişdir.

Konfransın sonunda yekun sənədlər qəbul edilmişdir.

FAYDALI KEÇİDLƏR