AZ | RU | EN

«Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarına əlavə vəsaitin ayrılması barədə

08 Dec 2015

«Kurort» Səhmdar Cəmiyyəti son dövrlərdə tabeçilikdə olan sanatoriyaların abadlaşdırılması üçün bir sıra kompleks işlər həyata keçirmişlər. Görülən işlər nəticəsində bir sıra sanatoriyalarda yenidənqurma işləri  aparılmış, abadlaşdırma həyata keçirilmiş, onların maddi-texniki bazası yaxşılaşdırılmışdır.
Bununla yanaşı, bir sıra sanatoriyalarda abadlaşdırmaya və təmir işlərinin aparılmasına ehtiyac vardır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi AHİK-in tabeliyində olan «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarının abadlaşdırılmasını, onların təmirə ehtiyacını nəzərə alaraq qərara alır:
1. «Kurort» Səhmdar Cəmiyyətinin sanatoriyalarının abadlaşdırılması, onların təmiri üçün AHİK-in üzv təşkilatları tərəfindən bölgüyə uyğun olaraq əlavə maliyyə vəsaiti ayrılsın (Bölgü əlavə olunur).
2. Üzv təşkilatlarından ayrılan vəsait 2016-cı ilin fevral ayınadək AHİK-in maliyyə hesabına köçürülsün.
3. Qərarın icrasına nəzarət AHİK-in Maliyyə şöbəsinə (Q.Qəribov) tapşırılsın.

FAYDALI KEÇİDLƏR