KURORT

Həmkarlar İttifaqları Konfederasiyası “Kurort” Səhmdar Cəmiyyəti



Azərbaycanın kurort yerlərinin öyrənilməsinə 1921-1922-ci illərdən başlanmışdır. 1924-cü ildən başlayaraq bunun həyata keçirilməsi üçün kurort seksiyası yaradılmış və onun bazasında kurortlar idarəsi təşkil edilmişdir. 1924-cü ildə ilk dəfə olaraq Azərbaycanın Mərdəkan qəsəbəsində 100 çarpayılıq istirahət evi təşkil edilmişdir. 1925-1926-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası respublikada kurort işinin təşkili üçün praktik tədbirləri işləmiş və bu tədbirlər respublikada sanator-kurort işinin sürətli inkişafının əsasını qoymuşdur. Azərbaycanda sanator-kurort ocaqlarının yaradılmasının ilk təşkilatçıları M.İ.Qədirli, D.İ.Hilalov, V.İ.Olenov, A.K.Əlibəyov, A.R.Morqunov, Ş.M.Həsənov və M.E.Əfəndiyev olmuşlar.

Azərbaycan böyük təbii müalicə amillərinə, subtropikdən kəskin kontinental iqlim şəraitinə və zəngin kurort sərvətlərinə malik olan respublikadır. Azərbaycan müxtəlif təbii sərvətlərinə görə dünyada aparıcı yerlərdən birini tutur.

Respublikada minə yaxın mineral su mənbəyi, bir sıra yüksək keyfiyyətli müalicəvi palçıq mənbəyi və unikal müalicəvi naftalan nefti aşkar edilmişdir. Təbiət Azərbaycana istisu, turşsu, badamlı, sirab, Suraxanı kükürdlü suyu, Lənkəran, Dəvəçi mineral sularını səxavətlə bəxş etmişdir. Bunun nəticəsində Azərbaycanda yaradılmış sanatoriyalarda balneoloji, palçıq və iqlim müalicəvi amillərdən istifadə etmək üçün böyük imkanlar yaranmışdır.

1992-ci ildə Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublikası Şurasının bazasında «Kurort» Səhmdar Cəmiyyəti təşkil edilmişdir. Hazırda Cəmiyyətin tabeliyində olan «Bilgəh» kardioloji, «Abşeron» mədə-bağırsaq, «Qaranquş» böyrək, «Günəşli» əsəb sistemi, «Şıx» oynaq xəstəliklərini müalicə edən sanatoriyalar və müxtəlif xəstəlikləri müalicə edən «Naftalan» Kurort Birliyi respublika əhalisinə ixtisaslaşdırılmış sanator-kurort müalicəsi xidməti göstərir.

«Azərbaycan Kurortları» Dövlət Proqramı (2007-2017-ci illər) və 2007-ci ildə təbii müalicə resursları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun və Dövlət Proqramı Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları tərəfindən imzalanmış sərəncamla qüvvəyə minmişdir.

«Azərbaycan Kurortları» haqqında Qanuna və Dövlət Proqramına uyğun olaraq on minlərlə insanın müalicə olunduğu «Kurort» Səhmdar Cəmiyyətinin sağlamlıq ocaqlarında intensiv şəkildə abadlıq, təmir və yenidənqurma işləri aparılmaqla yanaşı onların texniki bazası yeniləşdirilir, xəstələrin diaqnostikasının və müalicəsinin müasirləşdirilməsi üçün yollar axtarılır.

 

AHİK sədrinin müavini,
“Kurort” Səhmdar Cəmiyyətinin prezidenti
Əbil Rzaqulu oğlu Ağasiyev

1958-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə “Neftçilər” xəstəxanasında kiçik tibb qardaşı vəzifəsindən başlamışdır. 1981-ci ilin avqust ayından 1982-ci ilin avqust ayına kimi Bakı şəhər 2 saylı şəhər klinik xəstəxanasında həkim-intern, institutu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləmişdir. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışmışdır.

2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Respublikasının Əməkdar Həkimidir. Tibb elmləri doktorudur.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Əbil Rzaqulu oğlu Ağasıyev Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 05.02.2018-ci il tarixdə keçirilən V qurultayında AHİK sədrinin müavini vəzifəsinə seçilib.

Ailəlidir, iki övladı var.

"Naftalan" sanatoriyası
Baş həkim: Qocayev Hətəm Əli oğlu
Tel: (255)2-31-21


"Bilgəh" sanatoriyası
Baş həkim: Əhmədov Muxtar Qədir oğlu
Tel: 453-61-65


"Abşeron" sanatoriyası
Baş həkim: Kazımov Fəxrəddin Əsəd oğlu
Tel: 454-35-30


"Günəşli" sanatoriyası
Baş həkim: Nəzərov Ələkbər Bala oğlu
Tel: 454-34-30


"Qaranquş" sanatoriyası
Baş həkim: Əliyev Xanlar Əsgər oğlu
Tel: 454-44-78


"Şıx" sanatoriyası
Baş həkim: Süleymanova Gültəkin Musa qızı
Tel: 581-21-70


"Pirşağı" sanatoriyası
Baş direktor: Səfərov Arif Cəbrayıl oğlu
Tel: 451-43-81


"Xəzər" sanatoriyası
Baş həkim: Məmiyev Çingiz Qəzər oğlu
Tel: 453-04-37


"Azgeokaptajminsu" Ekspedisiyası
Rəis: Məhərrəmov Rafiq Haqverdi oğlu
Tel: 454-71-69


"Avtonəqliyyat" müəssisəsi
Direktor: Vəliyev Xanlar Gülməmməd oğlu
Tel: 496-49-69


"Azərkurortlayihə" institutu
Direktor: İbrahimov İbrahim Məmmədhüseyn oğlu
Tel: 562-64-14


Təchizat Birliyi
Rəis: Zeynalov Vaqif Candadaş oğlu
Tel: 496-46-14


"Azərkurorttikintitəmir" Birliyi
Baş direktor: Babayev Yunis İsgəndər oğlu
Tel: 496-46-17