AZ | RU | EN

Həmkarlar İttifaqlarının həyatından bəhs edən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

15 Feb 2012

 

Mərasimdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qeyd etmişdir ki, son dövrlərdə Azərbaycan Həmkarlar İttifaqlarında əldə edilən nailiyyətlər, həmkarlar ittifaqı hərəkatının gücləndirilməsi, onun beynəlxalq arenada özünəlayiq yer tutması, aparıcı ölkələrin həmkarlar ittifaqları ilə işgüzar əməkdaşlıq münasibətlərinin inkişafı, işçilərin sosial-iqtisadi hüquqlarının həqiqi müdafiəçisi imicini qazanması, həmkarlar ittifaqlarının tərəqqipərvər ideya və məqsədləri kütləvi informasiya vasitələri tərəfindən geniş və obyektiv işıqlandırılmışdır.

Konfederasiya sədri vurğulamışdır ki, dörd nominasiya üzrə keçirilən müsabiqədə Azərbaycan Həmkarlar İttifaqlarının bu günü və sabahı, işçilərin sosial-iqtisadi hüquqlarının qorunması, Həmkarlar İttifaqlarının beynəlxalq arenada fəaliyyəti, həmçinin cəmiyyətdəki yeri və rolu mövzularına üstünlük verilmişdir.

Səttar Mehbalıyev daha sonra demişdir ki, bizim məqsədimiz uğurlu işlərimiz haqqında hər kəsdə aydın təsəvvür və gələcəyə inamla irəliləmək üçün stimul yaratmaqdır. Həmkarlar ittifaqlarının fəaliyyətində KİV-in rolunun artırılması informasiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir. AHİK bu sahədə atılan addımların davamlılığını təmin etmək üçün ciddi səylər göstərib və bundan sonra da göstərəcəkdir.

Sonda müsabiqə qaliblərinə pul mükafatı və diplomlar təqdim edilmişdir.

 

15.02.12.5 15.02.12.4 
15.02.12.2 15.02.12.3 15.02.12.1

 

I yer ( 1000 manat )

- Akif Cabbarlı   ( “Şərq” qəzeti, AzTV-nin idarə heyətinin katibi)

- Zeynəb Əli qızı ( “Kaspi” qəzeti)

- Qüdrət Piriyev ( “Xalq qəzeti)

 

II yer ( 500 manat)

- İlkin Ağayev (“Palitra” qəzeti)

- Ramil Məmmədov (“APA” İA)

- Ceyhun Musaoğlu (“Ədalət” qəzeti)

- Rəşad Cəfərli (“Azərbaycan” qəzeti)

- Fuad Hüseynzadə (“Paritet” qəzeti)

- Alim Hüseynli (“Olaylar” qəzeti)

- Telman Əliyev (“Xalq qəzeti”)

- Samirə Səfərova (“Bakı-Xəbər” qəzeti)

 

III yer (300 manat)

- Xalid Vahidoğlu (“Üç nöqtə” qəzeti)

- Pünhan Əfəndiyev (“Modern.az” saytı)

- Anar Bayramoğlu (“Şərq” qəzeti)

- Bəhlul Eminli (“İqtisadiyyat və həyat” jurnalı)

- Atif Eyvazov (“Azadinform” İA)

- Tahir Abbaslı (“Paralel” qəzeti)

- Nahid Canbaxışlı (“Həftə içi” qəzeti)

- Sevinc İskəndərova (“Spase” telekanalı)

- Təranə Məhərrəmova (“Kaspi” qəzeti)

- Pərviz Sadayoğlu (“Yeni Azərbaycan” qəzeti)

 

Həvəsləndirici mükafatlar (200 manat)

- Səməd İsmayılov   ((“Pespublika” qəzeti, İmişlidə çıxan “Xalq sözü” qəzetinin baş redaktoru)

- Vaqif Bayramov (“Xalq qəzeti”)

- Yusub Əhmədov (“Paralel” qəzeti)

- Rasim Bayramov (“Mövqe” qəzeti)

- Əfqan Qafarlı (“Modern.az” saytı)

- Akif Nəsirov (“Paralel” qəzeti)

- İradə Sarıyeva (“Bakı-Xəbər” qəzeti)

 - Vüsal Məmmədov (“Gəncə.az” saytı, Gəncə)

FAYDALI KEÇİDLƏR