AZ | RU | EN

Həmkarlar ittifaqları işçilərinə yüksək dövlət mükafatları təqdim edilmişdir

29 Mar 2013

 

Martın 29-da keçirilən tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev dövlətimizin başçısının həmkarlar ittifaqlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, AHİK-in 20 illiyi ilə bağlı fevralın 4-də Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ictimai həyatında xidmətlərinə görə 101 nəfər “Tərəqqi” medalına, üç nəfər “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür. Bu, həmkarlar ittifaqlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Biz bu ilin oktyabr ayında keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik.

Səttar Mehbalıyev, həmçinin bildirmişdir ki, Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarına əsasən 11 nəfər “Həmkarlar ittifaqında xidmətə görə” medalı, 39 nəfər isə “AHİK-in 20 illiyi” döş nişanı ilə təltif edilmişdir.

Sonda medallar, fəxri adın vəsiqələri və döş nişanları sahiblərinə təqdim edilmişdir.

29.03.13.1 29.03.13.2

29.03.13

FAYDALI KEÇİDLƏR