AZ | RU | EN
AZ | EN | RU

Hər addımında milli maraq və mənafeləri uca tutan Prezident

23 Dec 2017

Müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. 

Son 14 ildə Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf edib, beynəlxalq aləmdə mövqelərdaha da güclənib.

Cənab İlham Əliyevin prezidentliyi dövründə həqiqətən ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 14 il ərzində Azərbaycan iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın cənab İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezidentin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda ölkənin yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də gözlərimizin önündə yeni, müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. 

Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda dövlət başçısının təşəbbüsü ilə reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək.

Hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və insanlara layiqli həyat şəraitinin yaradılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetidir. Praqmatik liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyev son 14 ildə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin yürütdüyü siyasət onun dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir.

Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulub. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq. Öz liderinə inanan, güvənən Azərbaycan xalqı da əmindir ki, gənc müstəqil ölkəmiz bu uğurları ilə yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək.

 Səttar Möhbaliyev,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

“Azərbaycan”

23.12.2017

ПОЛЕЗНЫЕ ССЫЛКИ