AZ | RU | EN

«Həmkarlar ittifaqına üzv ol» mövzusunda seminar keçirilib

02 May 2016

Aprelin 29-da Gəncə şəhərində «Həmkarlar ittifaqına üzv ol» mövzusunda seminar keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə keçirilən Seminarda Gəncə şəhəri və ətraf rayonlardan olan həmkarlar ittifaqı komitələrinin sədrləri və fəalları iştirak edib.
Mövzu ilə bağlı çıxış edən AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov qeyd edib ki, AHİK-in  IV qurultayında  qəbul edilmiş 2013-2018-ci illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin Əsas İstiqamətlərdə müəyyən edildiyi kimi həmkarlar ittifaqlarının gücünü daha da artırmaq üçün həmkarlar ittifaqının hüquq və azadlıqlarının müdafiə edilməsi, milli qanunvericiliyə əməl edilməsi, həmkarlar ittifaqı strukturunun təkmilləşdirilməsi, yeni üzvlərin cəlb edilməsi, gənclərin irəli çəkilməsi, kadrların hazırlanması əsas vəzifə kimi həmkarlar ittifaqı qarşısında durur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı üzvlərinin artırılması tendensiyası və dinamikasını təhlil edərək üzv təşkilatlarında yeni üzvlərin cəlb edilməsi ilə əlaqədar problemlərin mövcudluğunu, həmkarlar ittifaqına gənclərin cəlbi zamanı onların maraqlarının nə ilə əlaqədar olduğunu sistemli şəkildə öyrənir və müvafiq tədbirlər həyata keçirir.
Son 8 ildə bizim təkliflərimizlə Azərbaycan Respublikası Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, «Həmkarlar İttifaqları haqqında» Qanuna və digər normativ-hüquqi aktlara 100-ə yaxın əlavə və dəyişikliklər edilib.
Həmkarlar ittifaqına üzvlüyün əsaslandırılması, sayının artırılması məsələsi müasir dövrdə həmkarlar ittifaqları üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Ə. Cəfərov bildirib ki,  Son zamanlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, Həmkarlar ittifaqları haqqında Qanuna, İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən görünür ki, işçilərin sosial-iqtisadi problemlərinin həlli daim diqqət mərkəzindədir. bütün bunlar məhz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və şəxsən cənab Səttar Mehbalıyevin təşəbbüsü ilə həyata keçirilir.
Sonra bildirildi ki, Son 10 ildə həmkarlar ittifaqları təşkilatlarının fəallığı sayəsində işəgötürənlərlə bağlanan sazişlərin sayı 56-dan 116-a, kollektiv müqavilələrin sayı isə 12613-dən 13105-ə qədər artıb.
Eyni zamanda özəl müəssisələrdə də son 5 ildə müqavilələrin sayı 7,5% artaraq, 2016-cı ilin yekunlarına əsasən 2267 olub.
Seminarda AHİK-in təşəbbüsü ilə dərc olunan «İlk həmkarlar ittifaqını necə yaratmalı» və «Sənin həmkarlar ittifaqının sənin müdafiəçindir» kitablarının təqdimatı olub.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər dəyərlənirilib.

FAYDALI KEÇİDLƏR