AZ | RU | EN

“Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyası öz üzvləri ilə “Taksim”dəki aksiyaya qatıldı

27 Feb 2012

 

 

sdr7AHİK sədri, millət vəkili Səttar Mehbalıyev fevralın 21-də “Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyasının sədri Mahmud Arslan ilə görüşmüşdür. “Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyasının növbəti 12-ci Məclisinin iclasında iştirak edən Səttar Mehbalıyev sədr M.Arslanı təbrik edərək fevralın 26-da İstanbul Taksim Meydanında keçiriləcək Xocalı soyqırımına həsr olunmuş aksiyaya “Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyasının da dəstək olmalarını xahiş emişdir.

Dəvəti qəbul edən “Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyasının sədri M.Arslan 500 nəfər “Hak-İş” üzvləri ilə birlikdə Taksim Meydanındakı aksiyaya qatılmışdır.

Meydanda 1992-ci ildə Xocalıda erməni əsgərləri tərəfindən 613 Azərbaycan vətəndaşının qətlə yetirməsinin 20-ci ildönümündə minlərlə türk vətəndaşı toplanmışdı. Əllərində Azərbaycan və Türk bayraqları olan insanlar bir dəqiqəlik sükutdan sonra Türkiyə və Azərbaycan himnlərini oxumuşlar. Onlar “Qarabağ bizimdir, bizim olacaq”, “Bir millət, iki dövlət”, “Erməni yalanına səssiz qalma” şüarları ilə soyqırıma etiraz etmişlər.

“Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyasının sədri M.Arslan jurnalistlərə müsahibəsində demişdir ki, soyqırıma səssiz qalmayıb 20 ildən bəri Xocalı soyqırımını izləmişik. “Hak-İş” Həmkarlar İttifaqı Konfederasiyası və Konfederasiyanın üzv təşkilatları 1 milyon qarabağlı üçün yardım kampaniyası başlatmışdır. 20 ildir bu hadisələri izləyir və maraqlanırıq və bu məsələlərin həllində yaxından iştirak etməyə çalışırıq.

 M.Arslan deyib ki, Xocalı soyqırımı günahkarlarının beynəlxalq məhkəmələrdə mühakimə edilməsi lazımdır. 1915-ci hadisələrini ortaya çıxaran Ermənistan və Fransa kimi ölkələrin də çox yaxın bir zamanda yaşanan Xocalı soyqırımına aydınlıq gətirmələri lazımdır.

 

Türkiyənin www.hakis.org.tr - saytından 

FAYDALI KEÇİDLƏR