AZ | RU | EN

“Gənc həmkarlar ittifaqı üzvlərinin cəmiyyətdə rolu və yeri” mövzusunda konfrans keçirilmişdir

02 Nov 2013

Tədbiri giriş sözü ilə açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev konfrans iştirakçılarını salamlamış və qeyd etmişdir ki, bu gün burada gənclərin məşğulluğu, gənclər arasında cinayətkarlığın qarşısının alınması, erkən nikah və gənclərin digər problemləri müzakirə olunacaqdır. Qeyd etməliyəm ki, mühümlüyü ilə hamınızı maraqlandıran bu problemlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Azərbaycanda uğurlu gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran vurğulamışdır ki, ulu öndərin ölkəyə rəhbərlik etdiyi illərdə Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin ümumrespublika forumları keçirildi, gənclərlə bağlı 5 dövlət proqramı qəbul olunaraq icra edildi. Məhz ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının nəticəsi kimi 1996-cı ildə MDB ölkələrində və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral Azərbaycan Gəncləri Günü kimi təsdiq olundu. Gənclərimizin bu gün beynəlxalq və respublikadaxili idman, təhsil, mədəniyyət və incəsənət sahəsində əldə etdiyi uğurlarda ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.

02.11.13 02.11.13.1

Bugünkü konfransı təşkil edilməsində əsas məqsəd DİİXİ Hİ Respublika Komitəsində də Gənclər Şurasını yaratmaq olduğunu bildirən Səttar Mehbalıyev əminliklə demişdir ki, Konfederasiyanın Gənclər Şurası da öz Əsasnaməsinə uyğun olaraq təşkilatınıza hər cür yardım göstərəcək və birgə səmərəli tədbirlərə imza atılacaqdır.

Sonra çıxış edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov Tədbirin məqsədi və gənclərin həmkarlar ittifaqındakı fəaliyyətləri haqqında konfrans iştirakçılarına məruzə etmişdir. 

O, qeyd etmişdir ki, 01 yanvar 2013-cü il tarixinə olan göstəricilərə görə iqtisadi əmək fəaliyyəti ilə məşğul olan 4 mln 445 min nəfər əhalinin 1 mln 107 min 100 nəfərini, yəni 24.9%-ni gənclər təşkil edir.

02.11.13.3

Gənclərlə bağlı ölkəmizdə, ümumiyyətlə, bir neçə dövlət proqramı qəbul olunub. Prezident yanında gənclər fondu yaradılıb. Fond dövlət tərəfindən maliyyələşdirilir, eləcə də müxtəlif layihələrə müəlliflik edir. Bu layihələr gənclərin məşğulluğunun təmin edilməsində böyük rol oynayır.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttiffaqının 70 mindən çox üzvündən 18 minə yaxın üzvü, yəni 26%-ni 29 yaşınadək gənclərdən təşkil edildiyini bildirən sədr onu da vurğulamışdır ki, Respublika Komitəsi gənclərə qanunvericilikdə nəzərdə tutulandan əlavə sosial təminatların verilməsində və onların yerinə yetirilməsində sosial partnyorluğun imkanlarından fəal istifadə edir. Belə ki, bir sıra kollektiv saziş və müqavilələrdə ali və ya ikinci təhsil almaq üçün gənclərə əlverişli şəraitin yaradılması, ixtisasların artırılması kurslara göndərilməsi nəzərdə tutulub.

Sosial məzuniyyətdə və ya xəstə uşağına baxmaqla bağlı uzun müddət məzuniyyətdə olan gənc analara əmək kollektivinə verilən mükafatlar və maddi yardımlar şamil olunur.

Konfransın sonunda Respublika Komitəsində Gənclər Şurasının yaradılması ilə bağlı Qətnamə qəbul edilmişdir.

 

FAYDALI KEÇİDLƏR