AZ | RU | EN

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I hesabat-seçki konfransı keçirilib

14 Nov 2017

Noyabrın 14-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilib.

 Konfransda Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları  Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev, nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak ediblər.
   Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov  hesabat-seçki konfransının işini açıq elan edib.
Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanıb və Mehman İsmayılovun çıxışı ilə davam edibdir.
Konfransda  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək FHN işçilərinin Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirib, fəaliyyətlərində uğurlar arzulayıb.
  Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətindən danışıb, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilib. Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər  Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürüblər.  Həmçinin 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiyanın sədrliyinə yenidən millət vəkili Səttar Möhbalıyevin namizədliyininin irəli sürülməsini dəstəklədiklərini bildiriblər.
  Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Mehman İsmayılov  Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib.

FAYDALI KEÇİDLƏR