AZ | RU | EN

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı təşkilatı təsis olunmuşdur

18 Feb 2014

S.Mehbalıyev FHN işçilərinin həmkarlar ittifaqı təşkilatının yaradılmasının mühüm addım olduğunu demişdir. O, FHN-də həmkarlar ittifaqı təşkilatını yaratmaqda məqsədin nazirlik rəhbərliyi ilə işgüzar münasibətlər qurmaqla işçilərin sosial-iqtisadi problemlərinin həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə kömək göstərmək olduğunu bildirmişdir.

Konfransda həmkarlar ittifaqı təşkilatının təsis olunması, rəhbər orqanların seçilməsi, redaksiya, mandat, hesablayıcı, nəzarət-təftiş komissiyalarının üzvlərinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur. Nazirliyin beynəlxalq əlaqələr idarəsinin rəis müavini Mehman İsmayılov yekdilliklə təşkilatın sədri seçilmişdir. Həmçinin FHN işçilərinin həmkarlar ittifaqı təşkilatının nizamnaməsi təsdiqlənmiş və təşkilat AHİK-in tərkibinə daxil edilmişdir.

18.02.14 18.02.14.3

18.02.14.1

Təşkilatın FHN işçilərinin hüquqlarının müdafiəsi sahəsində mühüm işlər aparacağını deyən Səttar Mehbalıyev həmkarlar ittifaqı təşkilatının təsis olunması ilə əlaqədar konfrans iştirakçılarını təbrik etmişdir. Konfederasiyanın sədri, həmçinin ölkəmizdə həmkarlar ittifaqlarının işçilərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində gördükləri tədbirlərdən danışmışdır.

Konfransda fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə iştirak etmişdir.

FAYDALI KEÇİDLƏR