AZ | RU | EN

Üzv təşkilatlar

FHN İşçiləri HİK-nin sədri 
İsmayılov Mehman Heydər oğlu 

1979-cu ildə Naxçıvan Muxtar  Respublikası Babək rayon Nehrəm kəndində anadan olub.
1986-1996-cı illərdə Babək rayon Nehrəm kənd 1-saylı orta məktəbində təhsil alıb.
1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsində Bakalavr təhsil pilləsi üzrə təhsil alıb.
2003-2004-cü illərdə Fransada Qrenoblun Siyasi Elmlər İnstitutunda təhsil alıb.
2003-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Magistraturasında Dünya Siyasi proseslərinin və beynəlxalq əlaqələrin nəzəriyyəsi ixtisası üzrə təhsili alıb. 2005-ci ilin dekabr ayından Dövlət İdarəçilik Akademiyasının dissertantıdır.
Əmək fəaliyyətinə 2000-ci ildən başlayıb. Əmək fəaliyyəti dövründə Azad Azərbaycan qəzetində müxbir, Gənc Vətənpərvərlər Birliyinin Səbail rayon yerli təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Dövlət İdarəçilik Akademiyası ərazi ilk təşkilatının sədr müavini, YAP Səbail rayon Gənclər təşkilatının sədr müavini, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində Ümumi və kadrlar şöbəsinin mütəxəssisi, Şərqi Avropa ölkələri sektorunun məsləhətçisi, sonra təbliğat, informasiya və analitik təhlil şöbəsinin məsləhətçisi, daha sonra  2-ci ərazi şöbəsinin Şərqi Avropa ölkələri sektorunun məsləhətçisi vəzifələrində çalışıb.
2003-cü ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınmış “Siyasi Maarifçilik” İctimai birliyinin sədridir.
16 mart 2007-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq fəaliyyət idarəsinin Protokol xidməti şöbəsində Baş məsləhətçi, sonra Beynəlxalq əlaqələr idarəsinin rəis müavini təyin edilib.
2014-cü ilin fevral ayından Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının sədridir.

FAYDALI KEÇİDLƏR