AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı haqqında ƏSASNAMƏ

06 Dec 1994

 

 

2. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı AHİK-in İcraiyyə Komitəsi tərəfindən, sahə həmkarlar ittifaqlarının mərkəzi və respublika komitələrinin, həmkarlar ittifaqları şuralarının, həmkarlar ittifaqlarının təbeliyində olan təşkilat aə idarələrin Rəyasət Heyəti və digər icra orqanlarının, AHİK-in həmkarlar ittifaqı xidmətində olan təşkilatların həmkarlar ittifaqları komitələrinin təqdimatı ilə verilir.  

 

3. Fəxri Fərmanla təltif edilmək üçün vəsadət qaldırıldıqda AHİK-ə aşağıdakı sənədlər təqdim edilir:  

- sahə və ya ərazi həmkarlar ittifaqlarının mərkəzi və respublika komitələrinin, sahə şuralarının, həmkarlar ittifaqlarının tabeliyində olan idarə və təşkilatların Rəyasət Heyətləri və ya icra orqanlarının, AHİK-in həmkarlar ittifaqı xidmətində olan təşkilatların, həmkarlar ittifaqı komitələrinin, ayrı-ayrı şəxslərin, bir qrup işçilərin və əmək kollektivlərinin nəyə və hansı xidmətinə görə təltif olunmağa təqdim edilmələri barədəki qərarı.  

Qərarda təltifə təqdim olunanın soyadı, adı, atasının adı, işlədiyi idarənin, təşkilatın və müəssisənin adı tam göstərilməlidir.  

Bir qrup işçi və ya ayrıca kollektiv təltifə təqdim olunduqda onların işlədikləri kollektivin, müəssisənin, təşkilatın, idarənin adı tam yazılmaqla yanaşı, onların nəyə və hansı xidmətlərinə görə təqdim olunmaları da göstərilməlidir.  

- AHİK-in İcraiyyə Komitəsi tərəfindən təsdiq olunmuş təltif vərəqi.  

 

4. AHİK-in Fəxri Fərmanı AHİK İcraiyyə Komitəsinin üzvləri, AHİK İcraiyyə Komitəsinin tapşırığı ilə respublika və ya ərazi həmkarlar ittifaqı yuxarı orqanlarının rəhbərləri tərəfindən təntənəli surətdə təqdim edilir.  

 

5. AHİK-in Fəxri Fərmanı ilə təltif edilmə barədəki qərarı yalnız AHİK-in İcraiyyə Komitəsi tərəfindən ləğf edilə bilər.      

 

AHİK-in təşkilat işləri  və məlumat şöbəsi

FAYDALI KEÇİDLƏR