AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi
İşçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədri
İldarov Rafiq   Əli Bağır oğlu

 
 
ildarov_rafiq1954-cü ildə anadan olmuşdur. 1980-cı ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
Əmək fəaliyyətinə 1972-ci ildə "Neftkimyaavtomat" EİCB   sınaq zavodunda quraşdırıcı vəzifəsi ilə başlamışdır. Hərbi xidmətdən sonra həmin zavodda çilingər işləmişdir. 1978-1997-ci illərdə müxtəlif dövlət qulluğu sahələrində çalışmışdır. 1997-2003-cü illərdə Azərbaycan Elektrik Stansiyaları və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində əvvəlcə şöbə müdiri, sonra sədr müavini vəzifələrində işləmişdir. 2003-cü ildə Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi Işçiləri Həmkarlar Ittifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.
R.İldarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin, «Elektroprofsoyuz» Beynəlxalq Həmkarlar İttifaqları Birliyi Şurasının üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə R.İldarova "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Rafiq Əli oğlu İldarov Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.

FAYDALI KEÇİDLƏR