Dövlət başcısının sərəncamı ilə AHİK-in əməkdaşı təltif edildi

2797

İyunun 24-də Prezident İlham Əliyev işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Təltif olunanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq şöbəsinin müdir müavini Ruslan Fəzail oğlu Bağırov da var. O, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.