AZ | RU | EN

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının Bakıda səyyar Şura iclası keçirilmişdir

10 Dec 2013

İclası Federasiyasının prezidenti Vladimir Savçenko açaraq gündəlikdə duran məsələlər barədə məlumat vermişdir. O bildirmişdir ki, iclasda müzakirə ediləcək əsas mövzu gənclərlə aparılan iş, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi və problemlərinin həlli məsələləridir.

İclasda çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti və gördüyü işlər barədə iştirakçılara məlumat vermiş, onlara səmərəli fəaliyyət arzulamışdır.

Səyyar Şura iclasının iştirakçıları, həmçinin Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanını ziyarət etmişlər.

10.12.13.1 10.12.13

FAYDALI KEÇİDLƏR