AZ | RU | EN

Diplomlar təqdim edildi

27 Aug 2013

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi 2013-cü il aprel ayında qurumun bütün strukturlarında "Heydər Əliyev və həmkarlar ittifaqları" mövzusunda konfranslar, seminarlar keçirilməsi barədə tövsiyə xarakterli qərar qəbul etmişdir. Qərara uyğun olaraq təşkil edilən tədbirlərdə həmkarlar ittifaqlarının bir təşkilat kimi təkmilləşməsinə, cəmiyyətdə nüfuzlu bir quruma çevrilməsinə ümummilli liderin göstərdiyi qayğıdan söhbət açılmşdır. 

Müstəqilliyimizin ilk illərində həmkarlar ittifaqlarının məruz qaldığı çətinliklərin aradan qaldırılmasında H. Əliyevin əvəzsiz köməyi minnətdarlıqla xatırlanmışdır. Onun xüsusilə bu qurumun qurultaylarına göndərdiyi tarixi məktublarda yazdığı proqram xarakterli tövsiyələr konfrans, seminar iştirakçılarının nəzərinə çatdırılmışdır. 

Bu ilin əvvəllərində AHİK-in İcraiyyə Komitəsi strukturlar üzrə keçirilən tədbirlərə yekun vurmuş, bütövlükdə təşkilatların keçirdikləri tədbirləri səmərəli saymışdır. Qeyd olunmuşdur ki, təşkilatlar seçdikləri mövzulara ciddi hazırlaşmış, ulu öndərin həmkarlar ittifaqı qarşısında xidmətlərini lazımınca dəyərləndirməyi bacarmışdır. İcraiyyə Komitəsinin qərarına əsasən, ən fəal həmkarlar ittifaqı təşkilatları AHİK-in diplomu ilə mükafatlandırılmışdır. 

27.08.13.5 27.08.13.4

27.08.13.3 27.08.13.7

Avqustun 27-də AHİK-də mükafatların təqdimetmə mərasimi olmuşdur. Mərasimdə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış etmişdir. Demişdir ki, Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir. O, demokratik cəmiyyət formalaşdırdı. Demokratiyanın mühüm atributlarından olan həmkarlar ittifaqlarının inkişafına zəmin yaratdı. Bu gün Azərbaycan H. Əliyevin əsasını qoyduğu siyasi, sosial, iqtisadi təməl üzərində inkişaf edir. Artıq ölkəmiz regionda həlledici söz sahibinə çevrilməkdədir. Ulu öndərin siyasi xəttinə sadiq qalan, ənənələrini yaşadan Respublika Prezidenti cənab İlham Əliyevin fenomen təşkilatçılığı, müdrik siyasəti nəticəsində ölkəmiz mükəmməl iqtisadi model yarada bilmişdir. İndi Azərbaycan modelindən bir çox ölkələrdə istifadə olunur.

S. Mehbalıyev demişdir ki, Azərbaycan azsaylı ölkələrdəndir ki, ən qüdrətli, dövlətçilik tarixi yüz illərlə ölçülən ölkələri belə silkələyən qlobal iqtisadi böhrandan, demək olar ki, itkisiz çıxmağı bacardı. Heç bir iri layihə dayandırılmadı. Əhalinin sosial vəziyyətinə xələl gəlmədi. Əksinə, yüzminlərlə yeni iş yeri açıldı. Əməkhaqları, pensiyalar, müavinətlər artırıldı. Yoxsulluq azaldıldı. Paytaxtımız, regionlar abadlaşdırıldı. İndi Azərbaycanın 50 milyard dollardan artıq ehtiyat fondu var.

Səttar müəllim qeyd etdi ki, uğurlarımızı xarici ölkələrdə də görür və etiraf edirlər. Elə bu gün Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının İcraçı Katibi Qriqor Qradev mənə dedi ki, Azərbaycanda gedən inkişaf heç bir MDB ölkəsində yoxdur.

S. Mehbalıyev çıxışının sonunda bir daha bütün bu uğurlara görə ümummilli liderə borclu olduğumuzu vurğuladı. Onun layiqli davamçısı İlham Əliyevə minnətdarlığını söylədi. H. Əliyevin 90 illik yubileyini layiqincə qeyd etdiklərinə görə həmkarlar ittifaqları təşkilatlarına təşəkkürünü bildirdi.

Sonra diplomları sahiblərinə təqdim etdi.

 

"Ülfət" qəzeti

FAYDALI KEÇİDLƏR