AZ | RU | EN

Üzv təşkilatlar

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri

Bağırov Fəzail Ağamməd oğlu

 

demiryol1955-ci ildə anadan olmuşdur. 1983-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini   bitirmişdir.

Əmək fəaliyyətinə 1976-ci ildə Bakı soyuducular   zavodunda fəhlə kimi başlamışdır. 1983-1987-ci illərdə «Azərnəqliyyattikinti» Trestində fəhlə, briqadir, komendant işləmişdir. 1987-1991-ci illərdə «Azərnəqliyyattikinti» Trestinin «Qərənfil» pansionatının direktoru, 3 saylı Üzən Tikinti Quraşdırılma Dəstəsinin rəis müavini işləmişdir. 1991-ci ildən Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı, təşkilat və mənzil-məişət şöbəsinin müdiri, 2000-ci ildən sədr müavini, 2005-ci ildən isə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının sədri seçilmişdir.

AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Respublikasının «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» və «Həmkarlar İttifaqında xidmətlərinə görə» medalları, «Fəxri Dəmiryolçu» döş nişanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən Fəzail Ağamməd oğlu Bağırov 3-cü dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilib.

 Ailəlidir, üç övladı var.

FAYDALI KEÇİDLƏR