AZ | RU | EN

Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən təltif olunub

23 Jun 2017

İyunun 23-də Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

Xatirə nişanını Cavid Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev təqdim edib.

FAYDALI KEÇİDLƏR