AZ | RU | EN

Üzv təşkilatlar

“Baku Stil Kompani”MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi

 

 

«Baku   Stil Kompani» İşçiləri   Həmkarlar İttifaqı 06 oktyabr   2004-cü ildə yaradılmışdır. 2010-cu ildən   Baku Stil Kompani   MMC İşçiləri Həmkarlar   İttifaqı Birliyi adı   altında öz fəaliyyətini   davam etdirir.

Birliyin xidmət dairəsinə   «Baku Steel Company»   Şirkətində və «Baku Oksigen   Company» ASC-də çalışan   1800 nəfərdən çox həmkarlar ittifaqı üzvü   daxildir.

Həmkarlar   İttifaqı Birliyinin ali   orqanı beş ildə   bir dəfədən gec   olmayaraq çağırılan Konfransdır. Konfranslararası dövrdə Həmkarlar   İttifaqı Birliyinin rəhbər   orqanı Məclisdir, cari işlərin aparılması   üçün İcraiyyə Komitəsi   seçilir.

İşəgötürənlə əmək kollektivinin   arasında əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləmək məqsədi   ilə 2010-2012-ci illər   üçün bağlanmış Kollektiv   Müqavilədən istifadə   olunur.


FAYDALI KEÇİDLƏR