AZ | RU | EN

Üzv təşkilatlar

Baku Stil Kompani   MMC İşçiləri Həmkarlar   İttifaqı Birliyinin sədri

Quliyev   Əliqulu Əlimərdan oğlu

 

 

bakustil1945-ci ildə anadan   olmuşdur. 1973-cü ildə Azərbaycan   Politexnik İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1964-cü   ildə Bakı məişətdə   işlədilən elektrik cihazları   zavodunda frezerçi köməkçisi   kimi başlamışdır. 1968-ci ildən Mərkəzi Elektrotökmə Zavodunda dispetçer, şöbə rəisi, sex rəisi, baş mexanik, 1990-cı ildən «İxtisasquraşdırma kəndtikinti» Trestinin 17 saylı idarəsində baş mühəndis, 1992-ci ildən Bakı   Poladtökmə Zavodunda mühəndis, xarici iqtisadi əlaqələr   şöbəsinin rəisi, 1998-ci   ildən 2004-cü ilədək   «Baku Steel Company»   Şirkətində Energetika xidmətinin   rəisi vəzifəsində işləmişdir. 2004-cü ildə «Baku Steel Company» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri seçilmişdir.

AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalına və «Azərbaycan Həmkarlar   İttifaqının 100 illik yubiley» medalına layiq görülmüşdür.

Evlidir, iki   övladı var.


FAYDALI KEÇİDLƏR