AZ | RU | EN

Beynəlxalq Universitet İdmanı Federasiyasının nümayəndələri AHIK rəhbərliyi ilə görüşüb

20 Jun 2012

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev rəhbərlik etdiyi qurum, onun nəzdindəki Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) fəaliyyəti haqqında qonaqlara məlumat vermişdir. Ölkəmizdə son illər idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açan S. Mehbalıyev AHİTA-nın nəzdindəki klubları təmsil edən idmançıların qazandıqları nailiyyətlərdən danışmışdır.

AHİK-in sədri Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri olaraq, ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərdiyini, bu günədək respublikamızın bir çox bölgələrində 40-dək olimpiya idman kompleksinin tikilərək idmançıların istifadəsinə verildiyini və bu cür obyektlərin tikintisinin davam etdirildiyini vurğulamışdır.

20.06.12.3 20.06.12

Azərbaycanda tələbə idmanının inkişafı ilə məşğul olan “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının 1999-cu ildən FİSU-nun tamhüquqlu üzvü seçildiyini diqqətə çatdıran S. Mehbalıyev bildirmişdir ki, noyabrın 10-dan 18-dək ölkəmizdə ilk dəfə keçiriləcək tələbələr arasında boks üzrə dünya çempionatının təşkili istiqamətində dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır.

FİSU-nun vitse-prezidenti Leones Eder demişdir ki, təmsil etdiyi qurum hər iki ildən bir ümumdünya universiadası keçirir. Universiadalar miqyasına görə olimpiya oyunlarından sonra dünyada keçirilən ən kütləvi idman tədbiridir. Universiadalar arasındakı müddətdə isə FİSU tərəfindən müxtəlif idman növləri üzrə tələbələr arasında dünya çempionatları təşkil edilir.

Səfərin məqsədinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək tələbələr arasında boks üzrə dünya çempionatına hazırlıq işlərinin vəziyyəti ilə tanışlıq olduğunu söyləyən L. Eder Azərbaycanda idmanın və idmançıların inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir.

FAYDALI KEÇİDLƏR