AZ | RU | EN

Beynəlxalq Universitet İdmanı Federasiyasının baş katibi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında olmuşdur

30 Apr 2014

Görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev rəhbərlik etdiyi qurum və onun nəzdindəki Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) fəaliyyəti haqqında qonağa ətraflı məlumat vermişdir. Ölkəmizdə son illər idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açan S.Mehbalıyev AHİTA-nın nəzdindəki klubları təmsil edən idmançıların qazandıqları nailiyyətlərdən danışmışdır.

 

AHİK-in sədri Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin sədri kimi ölkəmizdə idmanın inkişafına böyük diqqət göstərdiyini, bu günədək respublikamızın bir çox bölgələrində müxtəlif Olimpiya idman kompleksinin tikilərək idmançıların istifadəsinə verildiyini və bu cür obyektlərin tikintisinin davam etdirildiyini vurğulamışdır.

S.Mehbalıyev Azərbaycanda tələbə idmanının inkişafı ilə məşğul olan “Gənclik” Tələbə İdman Cəmiyyətinin 1999-cu ildən FİSU-nun tamhüquqlu üzvü seçildiyini diqqətə çatdırmışdır.

30.04.14.3 30.04.14

30.04.14.1

FİSU-nun baş katibi Erik Saintrond bildirmişdir ki, təmsil etdiyi qurum rəsmi olaraq 1949-cu ildə yaransa da, onun tarixi 1923-cü ilin may ayında Parisdə fransız Jean Petitjean tərəfindən keçirilən ilk Dünya Tələbə Oyunlarından başlayır. FİSU-nun ali orqanı dünyanın demək olar ki bütün ölkələrindən 167 Milli Universitet İdman federasiyalarını (cəmiyyətlərini) özündə birləşdirən Baş Assambleyadır. Hər iki ildən bir çağırılan Baş Assambleya federasiyanın icraedici orqanı olan və dörd illik müddətdə İcraiyyə Komitəsini seçir. İcraiyyə Komitəsi 27 nümayəndədən ibarətdir.

Qeyd olunmuşdur ki, qurum hər iki ildən bir ümumdünya universiadası keçirir. Universiadalar miqyasına görə Olimpiya oyunlarından sonra dünyada keçirilən ən kütləvi idman tədbiridir. Universiadalar arasındakı müddətdə isə FİSU tərəfindən tələbələr arasında müxtəlif idman növləri üzrə dünya çempionatları təşkil edilir.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresində iştirak etmək üçün ölkəmizdə səfərə olduğunu söyləyən Erik Saintrond Azərbaycanda idmanın və idmançıların inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə etmişdir.

Qonaq xüsusi vurğulamışdır ki, birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi Azərbaycan üçün böyük uğurdur. Çünki Bakıda mövcud idman infrastrukturu və inşa olunan komplekslər dünya standartlarına tam cavab verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

FAYDALI KEÇİDLƏR