AZ | RU | EN

Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva Subregional Bürosunun direktoru xanım Dmitrina Dimitrova ilə görüş

24 Jun 2014

 

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı  Birləşmiş Millətlər Təşkilatı sistemində fəaliyyət göstərən qurumlardan biridir. BƏT-in fəaliyyətinin əsas istiqamətləri qadın və kişilərin azad, ədalətli, sosial təminat və insan ləyaqətinə hörmət şəraitində layiqli və səmərəli məşğulluq imkanlarının daha da genişlənməsinə yönəlmişdir.   BƏT-in əsas  məqsədi  işçilərin əmək hüquqlarının qorunmasına, layiqli əmək imkanlarının genişlənməsinə,  sosial müdafiənin möhkəmləndirilməsinə və  iş sahəsi ilə bağlı dialoqun inkişafına  yardım göstərməkdir.

BƏT-in Moskva Bürosunun əsas fəaliyyət istiqamətləri – region ölkələrində layiqli əmək sahəsində milli proqramların həyata keçirilməsi, sosial dialoqun inkişaf etdirilməsi, sosial müdafiə, məşğulluğun inkişafı, əməyin mühafizəsi, əmək sahəsində gender bərabərliyi, iş yerlərində QİÇS-lə, uşaq əməyinin istismarına qarşı mübarizə və s. məsələlərlə bağlıdır.

Səttar Mehbalıyev qonağı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti, son illərdə əldə olunmuş nailiyyətlər haqqında məlumatlandırmışdır.

24.06.14 24.06.14.1

Azərbaycanın sürətli inkişafından danışan S.Mehbalıyev demişdir ki, son 10 ildə ölkəmizdə müşahidə edilən iqtisadi inkişaf nəticəsində işsizliyin səviyyəsi xeyli azalmış, əhalinin maddi rifah halı yaxşılaşmışdır. S.Mehbalıyev vurğulamışdır ki, hazırda Azərbaycanın təşəbbüsü ilə regionda bir sıra iri layihələr reallaşdırılır. Həyata keçirilən iri layihələr regionda və Avropada enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

S.Mehbalıyev ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışmışdır.

Dmitrina Dimitrova Azərbaycanın sürətli inkişafını və müxtəlif sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirmişdir. Gənclərlə bağlı layihələrin həyata keçirilməsinin vacibliyinə toxunan Dmitrina Dimitrova gələcəkdə bu sahədə birgə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

FAYDALI KEÇİDLƏR