AZ | RU | EN

Beynəlxalq təşkilatın mükafatı təqdim olunub

12 Nov 2017

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev Konfederasiyanın zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynova Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley gümüş döş nişanını təqdim edib.

Deyib ki, Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən diqqətlə izlənilir, öyrənilir və layiq olduğu qədər qiymətləndirilir. Artıq respublikamızdan onlarla həmkarlar ittifaqı lideri beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb.
S.Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqı dünya həmkarlar ittifaqının intellekt mərkəzinə çevrilməkdədir. İşçilərin əmək və sosial hüquqlarının müdafiəsi, istirahətinin təşkili, sağlamlığının mühafizəsi sahəsində qazandığımız uğurlar diqqətlə öyrənilib paylaşılır. Dünya həmkarlar ittifaqı hərəkatının ən aktual məsələlərinə dair konfranslar, seminarların məhz Bakıda keçirilməsi münasib sayılır.
AHİK sədri Namiq Hüseynovu Azərbaycan həmkarlar ittifaqlarının uğurlarında payı olan əməkdaşlardan biri kimi dəyərləndirərək deyib ki, sizin əməyiniz Azərbaycanda da qiymətini alır. Bizim təqdimat əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüsünüz. Sizə gələcəkdə də uğurlu fəaliyyət və cansağlığı arzulayırıq.
Namiq Hüseynov beynəlxalq mükafata təqdim edildiyi və xoş sözlər üçün AHİK sədrinə təşəkkürünü bildirib.
Təqdimetmə mərasimində AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov və AHİK-in Katibi-Maliyyə Şöbəsinin müdiri Qalib Qəribov iştirak ediblər.

FAYDALI KEÇİDLƏR